Icma.az
close
up
RU
Fitili KlintonYeltsin dövründə odlanan savaş Ukrayna İki gücün inqtirqasının güdazına gedir

Fitili KlintonYeltsin dövründə odlanan savaş Ukrayna İki gücün inqtirqasının güdazına gedir

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Rusiya-Ukrayna müharibəsinə tam neytral, ədalətli, obyektiv mövqedən yanaşsaq (əslində hər zaman belə olmalıdır), əminliklə iddia etmək olar ki, münaqişənin qanlı fazaya daxil olmasında Qərbin də kifayət qədər rolu var.

Başqa sözlə, qanlı müharibənin səbəbi heç də təkcə Rusiyanın fitri aqressiyası, neo-imperiya ambisiyası, postsovet məkanını öz “arxa bağçası” saymaq təkəbbürü deyil, burada Qərbin öz nüfuz dairəsini, xüsusilə də NATO-nun şərqə doğru genişlənmək ehtirası da rol oynayıb.

Ara yerdə mədəni dünyaya inteqrasiya olunmaq, avropalılar kimi yaşamaq, inkişaf etmək, azad seçki keçirmək, qanunun aliliyinin bərqərar olunduğu dövlətin vətəndaşı olmaq istəyən ukraynalıların canı yanır.

Heç vaxt olmadığı qədər təhlükəli səciyyə almış, bəşəriyyəti nüvə müharibəsinin astanasına gətirmiş bugünkü, yeni Qərb-Rusiya münaqişəsinin başlanğıc tarixini 30 il öncədə, Yeltsin-Klinton dövründə axtaranlar və tapanlar var.

Corc Vaşinqton Universitetində “Milli təhlükəsizlik arxivi” ictimai araşdırma təşkilatı tərəfindən açıqlanan, ABŞ hökumət tərəfindən məxfiliyi ləğv edilmiş sənədlərə görə, ABŞ-nin 42-ci prezidenti Bill Klinton dəfələrlə rusiyalı həmkarı Boris Yeltsini əmin edib ki, NATO-nun şərqə doğru genişlənməsi Moskvaya qarşı yönəlməyib, lakin özünəyaxın adamlarla söhbətində Rusiya Federasiyasının bununla bağlı əndişəsini haqlı hesab edib.

Bilindiyi kimi, həmin vaxt Bill Klintonla Boris Yeltsinin şəxsi münasibətləri yaxşı olub, lazım bildikləri anlarda zəngləşib danışır, beynəlxalq sammitlərdə görüşürmüşlər. Ona görə də Yeltsin ABŞ-nin siyasətində dolayısı ilə olsa da, Rusiyanın əleyhinə ola biləcək nüans sezəndə narahatlığını Klintona bildirirmiş.

Amerika tərəfinin hazırladığı materiallara görə, Klinton 1994-cü ildə Vaşinqtonda Yeltsinlə görüşdə ona belə deyib: “Mənə görə, NATO-nun genişlənməsi anti-Rusiya xarakterli deyil, Rusiyanı istisna etmək məqsədi daşımır və onun spesifikliyi yoxdur". Amerika lideri daha sonra deyib: “Mən heç vaxt deməmişəm ki, biz Rusiyanın NATO-ya üzvlüyünü və ya xüsusi münasibətini nəzərə almamalıyıq”.

Bundan başqa, 1994-cü ilin noyabrında Klintonun Yeltsinə ünvanladığı bir məktub da olub. Ağ Evin sahibi həmin məktubda Rusiya liderini əmin edir ki, Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsi bütövlükdə Avropanın təhlükəsizliyini və bütövlüyünü gücləndirmək üçün nəzərdə tutulub və heç bir ölkəyə qarşı yönəlməyib.

Maraqlıdır, bəs həmin vaxt Avropanın təhlükəsizliyinə və bütövlüyünə təhdid hansı ölkədən gəlirdi? Ortada elə bir güc mərkəzi yox idisə, NATO-nun genişlənməsinə nə ehtiyac vardı?

Söz yox ki, bir neçə on il sonra baş verəcəkləri proqnozlaşdıran strateqlər əmin olublar ki, belə getməyəcək, qüdrətli SSRİ-nin zəifləmiş varisi olan Rusiya bu depressiv durumdan çıxacaq, öz təbii resurslarına dayanaraq sürətli inkişaf yolu qət edəcək, yenidən dirçələcək, məhz onda keçmiş qüdrətini və nüfuz dairəsini bərpa etməyə çalışacaq.

30 il əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasında Rusiya və Ukrayna ilə bağlı məsələlərə nəzarət edən Nikolas Börnsün 1994-cü ildə Klintonla söhbətindən sonra hazırladığı memorandumda ABŞ prezidenti haqqında belə deyilir: “O, başa düşür ki, Yeltsinin bizi açıq şəkildə tənqid etməsi problemindən əlavə, biz Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı real və haqlı narahatlığı ilə də məşğul olmalıyıq”.

Daha sonra Börns hesabatda belə qeyd edib: “O, bizim NATO-nun Rusiya ilə əlaqələrimizi necə yaxşılaşdıracağımızı anlamamızı da istəyir. O, mənə dedi ki, biz ruslarla daha açıq olmağa çalışmalıyıq, onlara genişlənmə prosesini və onun vaxtını necə gördüyümüz barədə daha çox izahat verməliyik. O mənə bildirdi ki, daha effektiv ünsiyyət qurmaq üçün hazırda başqaları ilə bölüşmədiyimiz fikirləri onlarla bölüşməliyik”.

Belə çıxır ki, Klinton tabeçiliyində olanlara çox danışaraq Yeltsinin başının altına yastıq qoymağı təklif edirmiş.

Börns sözügedən hesabatda onu da bildirib ki, Klinton Budapeştdə keçirilən sammit zamanı çıxış edən Yeltsinin tənqidindən bərk qəzəblənib. “O, hiss etdi ki, Yeltsin təkcə bizim NATO ilə bağlı kursumuzu deyil, həm də ABŞ-nin dünyada rolunu belə sərt və gözlənilməz şəkildə tənqid edərək onu ictimaiyyət qarşısında utandırıb”, - deyə Börns Amerika lideri haqqında yazıb.

Bu hadisədən sonra Klinton Yeltsinə məktub göndərərək, belə bir iddia ilə çıxış edib: “Bizim ümumi məqsədimiz Avropada yeni parçalanmalar olmadan, Rusiya ilə Qərb arasında tam inteqrasiyaya, o cümlədən NATO ilə əlaqələrin gücləndirilməsinə nail olmaq olmalıdır”.

Göründüyü kimi, nə qədər mülayim və əfəl biri kimi görünsə də, Yeltsin Rusiyanın mənafeyini heç kəsə güzəştə getmək fikrində olmayıb və hmin dövrdə onunla Klintonun, eləcə də Rusiya ilə ABŞ-nin arasında münasibətlər heç də məxməri səciyyə daşımayıb.

Sadəcə, 2000-ci illərdən sonra dünya bazarında karbohidrogen ehtiyatlarının dəyərinin “su qiyməti”dən sıçrayaraq, kəllə-çarxa qalxması ilə Rusiyaya milyardlarla dollar daxil oldu, Rusiya sürətlə dirçəlməyə başladı və keçmişdə onu əzənlərə, aşağılayanlara dirəşmək fikrinə düşdü. ABŞ strateqlərinin proqnozlaşdırdığı hər şey yerini aldı: Rusiya NATO-nun şərqə doğru genişləndirilməsi layihəsinə daha sərt reaksiya verdi, keçmiş müstəmləkələrinin demokratik hakimiyyətlər bərqərar edərək Avropaya üz tutmasına qısqanclıqla yanaşdı, daxilindəki separatizm meyllərini qanla boğdu, dünyada vüsət alan demokratikləşmə prosesinə əngəllər törətdi, bir sözlə, “belədə mən də varam, ölməmişəm, hələ sağam” ədasi nümayiş etdirməyə başladı.

Beləcə, regiondakı kiçik dövlətlər bu iki dünya nəhənginin sürtüşməsi üzündən qara günlər yaşamaqda davam edirlər. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri