Icma.az
close
up
RU
Flik ilə Rafinyanı Yamal müşayiət edəcək

Flik ilə Rafinyanı Yamal müşayiət edəcək

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın yeni çempionu “Barselona”da müqavilələrin yenilənməsi prosesinə start verilib. Artıq baş məşqçi və aparıcı futbolçulardan biri ilə yeni sözləşmə rəsmiləşib.
Hans-Diter Flik formallığı aradan qaldırıb. Baş məşqçinin “Barselona” ilə müqaviləsini yeniləyəcəyi gözlənilirdi. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, almaniyalı mütəxəssislə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədərdi. Bundan əvvəlki müqavilə isə növbəti mövsümün sonunda qüvvədən düşəcəkdi. Flik “Barselona”ya cari mövsüm ərəfəsində təyin olunub. O, komandanı La Liqa, İspaniya kuboku və İspaniya Superkubokunda qələbəyə daşıyıb.
Nəhayət, Rafinyanın məsələsi həllini tapıb. “Barselona” rəhbərliyi braziliyalı vingerlə müqavilənin müddətini 2028-ci ilin yayına qədər uzadıb. Bu, Fliklə imzalanan yeni sözləşmədən sonra baş verib. Rafinyanın əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi. O, bu mövsüm “Barselona”nın heyətində 56 oyunda meydana çıxıb, 34 qol vurub və 25 məhsuldar ötürmə verib.
Lamin Yamal da tezliklə müqaviləsini yeniləyəcək. Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb. O, yeni müqavilənin müddətinin 2030-cu ilə qədər nəzərdə tutulacağını xəbər verib. 17 yaşlı futbolçunun illik maaşı 9 milyon avroya bərabər olacaq, Lamin bir sıra bonuslara görə qazancını daha da artıra bilər. Məlumatda onun maaşının 18 milyon avroya çatana qədər ildən-ilə artacağı da bildirilir.
Yeri gəlmişkən, Lamin İspaniya çempionatının cari mövsümündə 34 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. İspaniyalı futbolçunun Çempionlar Liqasında meydana çıxdığı 13 matçda 5 qolun və 3 məhsuldar ötürmənin müəllifi olduğunu da xatırladaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri