Icma.az
close
up
RU
Flora Kərimova nazirlərə müraciət etdi

Flora Kərimova nazirlərə müraciət etdi

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Xalq artisti Flora Kərimova Ədliyyə və Daxili İşlər nazirlərinə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı müraciətdə iki məhkəmə qərarının icra olunmadığını bildirib. O, Tovuz rayonunda məhkəmə qərarlarının icrası ilə bağlı yaranmış vəziyyətin araşdırılmasını istəyib.

Flora Kərimova Ədliyyə Nazirliyinə ünvanladığı müraciətdə iki məhkəmə qərarının icra olunmadığını qeyd edib və qərarların icrası üçün başqa instansiyaya müraciət imkanının olub-olmadığını soruşub. Marqarita pizza

Sənətçi daha sonra Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək iki il əvvəl Ülviyyə Alovlu və Afət Fərmanqızı ilə bağlı məktubla müraciət etdiyini xatırladıb. O, oğurlandığını bildirdiyi səs yazısının yayılması və Ülviyyə Alovlunun məhkəməyə məcburi gətirilməsi ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını iddia edib.

Kərimova bildirib ki, məsələ ilə bağlı Baş Polis İdarəsində görüş keçirilib və ona qanun çərçivəsində hüquqlarının təmin ediləcəyi vəd olunub. Onun sözlərinə görə, sonradan Ülviyyə Alovlu barəsində yenidən cinayət işi açılıb, lakin Yasamal polisi iki ildir onu taparaq məhkəməyə gətirə bilmir.

Xalq artisti paylaşımında aidiyyəti qurumların fəaliyyəti ilə bağlı bir sıra suallar da ünvanlayıb:

“Bu vəziyyətdə iki ehtimal ortaya çıxır: ya Sizin səlahiyyətinizdə olan qurumlar baş verənləri Sizə ümumən məruzə etmirlər, yalnız özlərinə sərf edən məlumatları çatdırırlar, ya da qanunun tələbləri və göstərişlər icra edilmir, özbaşına, kiminsə istəklərinə uyğun hərəkət edirlər”.

Flora Kərimova sonda məsələ ilə bağlı konkret araşdırma aparılmasını və nəticə əldə olunmasını tələb edib:

“Mən artıq iki il əvvəl olduğu kimi, yenidən bilərəkdən eyni “səriştəsizlik” – sabotajla və cavabsızlıqla qarşılaşmaq istəmirəm. Demirəm xalq artistiyəm, ŞƏRƏF ordenim var. Mən sadə bir vətəndaşam. Sizdən vətəndaş haqqımın bərqərar olmasını, qanunla müəyyən edilmiş səlahiyyətləriniz çərçivəsində konkret araşdırma aparılmasını və qəti nəticəsini tələb edirəm!”

Qeyd edək ki, Flora Kərimova ilə Afət Fərmanqızı arasında daha əvvəl də məhkəmə çəkişməsi olub. 2024-cü ildə Binəqədi Rayon Məhkəməsində Kərimovanın xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb və tərəflər arasında barışıq əldə olunub.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri