Icma.az
close
up
RU
Folklor İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir...

Folklor İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir...

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Mayın 15-də AMEA-nın Folklor İnstitutunda elmi müəssisənin Qadınlar Təşkilatının dəstəyi ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Folklorda milli-mənəvi dəyərlər və ailə” mövzusunda tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə institutdan bildirilib. Tədbirdə institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri dosent Leyla Məmmədova bildirib ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ümummilli Lider Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirilir. Qeyd olunub ki, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də, əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.

Leyla Məmmədova “XIX əsr Azərbaycan dramaturgiyasında milli-mənəvi dəyərlər ailə kontekstində” mövzusunda məruzəsində bildirib ki, XIX əsr Azərbaycan dramaturgiyasında aktuallıq kəsb edən məsələlərdən biri də milli-mənəvi dəyərlərin təbliği idi. Milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin səhnə əsərlərinin əksəriyyətində, eləcə də Nəcəf bəy Vəzirovun pyeslərində milli-mənəvi dəyərlər məhz ailə kontekstində təqdim olunur.

Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi dosent Gülnar Osmanovanın “Azərbaycan folklorunda və yazılı ədəbiyyatda ailə dəyərlərinin təcəssümü” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği günümüzün aktual problemlərindəndir.

“Dastanlarımızda ailə dəyərləri” mövzusunda məruzə edən Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri Xəyalə Ağayeva qeyd edib ki, ədəbiyyat digər təsisatlardan, dindən, fəlsəfədən götürdüyü modelləri konkret olaraq həyat materialının əsasında mənəvi-əxlaqi dəyərlərin təbliğinə yönəldir. Yazılı ədəbiyyatda milli-mənəvi dəyərlərin təbliği yazıçının şüurlu şəkildə qarşısına qoyduğu məqsəd ola bilər. Folklorda isə janrın etnik yaddaşda mövcudluğunun səbəbi elə bu dəyərlərin nəsildən-nəslə ötürülməsi və mənimsənilməsidir.

Tədbirdə institutun əməkdaşları “Qaliblər anası – Azərbaycan qadını”, “Məişət mərasimlərində milli stereotiplərə bağlı ailə dəyərləri” və “Ailə dəyərləri və folklor: unudulmazlıqla yaşayan mədəniyyət” mövzularında çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri