Fon der Lyayen Ai ölkələrini təngə gətirib : Məşhur nəşr AK rəhbərinin özbaşınalığından yazdı
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Avropa İttifaqı (Aİ) ölkələri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin qurumun xarici siyasətinə rəhbərliyi öz üzərinə götürmək cəhdlərindən "təngə gəliblər".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri Aİ diplomatları arasında olan mənbələrə istinadən məlumat verib.
Onların məlumatına görə, Ursula fon der Lyayen İordaniya ilə tərəfdaşlıq sazişinin bağlandığını və krallığa 3 milyard avro dəyərində maliyyə dəstəyinin ayrıldığını elan etmək qərarına gəldikdə, Aİ ölkələrinin rəhbər orqanları ilə məsləhətləşməyib, onlar fakt qarşısında qalıblar.
Diplomatlar qeyd ediblər ki, o, dünya liderləri ilə münasibətləri yaxşılaşdırmaq istədiyi üçün bunları edir.
Nəşrin mənbələrinin sözlərinə görə, Ursula fon der Lyayen Aİ-nin xarici siyasətinə nəzarəti qismən də olsa ələ keçirmək üçün istənilən fürsətdən istifadə edir, lakin bununla Aİ Şurası məşğul olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 05 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















