Icma.az
close
up
RU
“FORDO” Müharibənin taleyini həll edəcək obyekt + VİDEO

“FORDO” Müharibənin taleyini həll edəcək obyekt + VİDEO

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran və İsrail arasında davam edən gərgin münaqişənin mərkəzinə çevrilən obyektlərin başında İranın "Fordo" nüvə təsisi dayanır. 

"AzPolitika" xəbər verir ki, İsrailin müharibənin ilk günlərindən hədəf aldığı bu obyektin tam məhv edilib-edilməməsi, regionda silahlı toqquşmaların gedişinə və siyasi nəticələrinə birbaşa təsir göstərə bilər.

"Fordo" nüvə təsisi İranın Qum şəhəri yaxınlığında, dəniz səviyyəsindən təxminən 900 metr dərinlikdə, dağın içində yerləşir. Bu obyekt əvvəllər gizli saxlanılıb və ilk dəfə 2009-cu ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən üzə çıxarılıb. "Fordo" İranın uran zənginləşdirmə proqramında əsas rol oynayan obyektlərdən biridir.


Təsisin dərinlikdə yerləşməsi onu adi hava hücumlarına qarşı demək olar ki, toxunulmaz edir. Bu səbəbdən  beynəlxalq ictimaiyyət və xüsusilə İsrail üçün "Fordo" İranın nüvə silahı əldə etmə potensialının simvoluna çevrilib.

Müharibənin ilk günlərində İsrail "Fordo" obyektini birbaşa hədəf alsa da, əlində kifayət qədər sığınacaq əleyhinə bomba və strateji bombardman təyyarələrinin olmaması səbəbindən bu hücumlar ciddi nəticə verməyib.

"El Arabiya" telekanalına danışan İsrailli bir yüksək rütbəli rəsmi isə bu sözlərlə vəziyyətin ciddiliyini ifadə edib: “Əgər Fordo tamamilə sıradan çıxarılmazsa, bu əməliyyatın hərbi və siyasi baxımdan heç bir real nəticəsi olmayacaq".

İsrail Baş naziri Benyamin Netanyahu isə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarında yerləşən bombardmançı təyyarələrin bu əməliyyata dəstək verməsi üçün ABŞ Prezidenti Donald Trampa təzyiqlər edir.

"Fordo" təsisi yalnız İran üçün strateji deyil. Qərb ölkələri və xüsusilə İsrail, bu obyektin mövcudluğunu İranın nüvə silahına gedən yolunun əsas pilləsi kimi qiymətləndirir. Təsisin bu qədər dərinlikdə və qorunan mühitdə yerləşməsi onun BAEA-nın nəzarətindən tam çıxması halında böyük təhlükə yaradacağına dair narahatlıqları artırır.

"AzPolitika.info"


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyun 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri