Icma.az
close
up
RU
Formula 1 Azərbaycan Qran prisi: Rekordlar, yeniliklər və tamaşaçı təcrübəsi

Formula 1 Azərbaycan Qran prisi: Rekordlar, yeniliklər və tamaşaçı təcrübəsi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əvvəllər xarici şirkətlər və ekspertlər tədbirin təşkili prosesinə cəlb olunurdular, amma son iki ildə bu iş tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilir".

Bunu Oxu.Az-a müsahibəsində Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova deyib.

O, eyni zamanda, tamaşaçı marağından, belə böyük tədbirin hazırlıq prosesindən, yeni mövsümdə Azərbaycanda keçiriləcək "Formula-1" Qran-prisində azarkeşləri gözləyən yeniliklərdən də danışıb. Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Qran-Prisi artıq neçə ildir ki, Bakıda keçirilir. Bu tədbiri sadəcə idman yarışı adlandırmaq olarmı?

- Əsla. Azərbaycan Qran-prisi təkcə "Formula-1" təqviminin bir mərhələsi deyil - bu, Bakını dünya avtoidman xəritəsinin mərkəzinə çevirən nəhəng bir layihədir. Yarış hər il şəhərimizin küçələrini unikal tras formasına salır - burada həm dənizkənarı bulvar, həm də İçərişəhərin dar və döngəli yolları yer alır. Bakı trası "Formula-1"də ən sürətli şəhər traslarından biridir - bəzi hissələrdə bolidlər saatda 300 km-dən çox sürətlə hərəkət edir. "Bakı sindromu" elə belə deyilməyib, hər il yarış gözlənilməz nəticə ilə yadda qalır. Həmçinin bu tras dünya üzrə həm ən uzun düzlüyə, həm də ən dar döngələrdən birinə sahib olan nadir konfiqurasiyalardan sayılır. Bu yarış həm sürət, həm də şəhərin texniki bacarıq və təşkilatçılıq səviyyəsinin bariz nümunəsidir.

- Bu il hazırlıq prosesinin daha erkəndən başladığının şahidi oluruq. Belə böyük tədbirin hazırlanması necə həyata keçirilir?

- Doğru qeyd etdiniz. Hazırlıq işlərinə daha erkən başlanılıb. Məsələn, paddok ötən il COP 29 tədbiri ərəfəsində sökülüb və çox qısa zamanda yenidən quraşdırılıb. Həmçinin Azərbaycan Qran-prisinə artan maraq səbəbindən yeni tribunalar qurulduğu üçün tikinti və quraşdırma işlərinə daha erkəndən start verildi.

Bu prosesdə sakinlərin və nəqliyyat vasitələrinin hərəkətinə minimum narahatlıq yaratmaq əsas prioritetdir. İşlərin böyük hissəsi gecə saatlarında aparılır ki, şəhər sakinlərinə və nəqliyyat vasitələrinə maneə olmasın.

Yarışa hazırlıq və söküntü mərhələsində 2 162 nəfər - mühəndis, montajçı, logist və digər texniki heyət üzvləri çalışırlar. İşlər 24 saat, həftənin yeddi günü davam edir. Yarış həftəsində isə insan resursu daha da artır, 1 500 təşkilatçı əməkdaş, 2 000 könüllü və 1 400 marşal tədbirin uğurlu keçirilməsində iştirak edir.

Maraqlı bir faktı da diqqətinizə çatdırım: əvvəllər xarici şirkətlər və ekspertlər tədbirin təşkili prosesinə cəlb olunurdular, amma son iki ildə bu iş tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Hətta azərbaycanlı mütəxəssislər fərqli ölkələrdə keçirilən Qran-prilərə ekspert kimi dəvət olunurlar. Bu, ölkəmizin bu sahədəki peşəkarlıq səviyyəsinin yüksəlməsini bir daha təsdiq edir.

- Yarış zamanı şəhər sakinlərinin gündəlik həyatı necə təsirlənir? Bakı Şəhər Halqası bu istiqamətdə nə kimi tədbirlər görür?

- Bizim məqsədimiz şəhər həyatına minimum təsir göstərmək və yarış təcrübəsinə maksimum töhfə verməkdir. 2023-cü ildən etibarən yarış həftəsində əsas yollar səhər və axşam saatlarında qismən açıq saxlanılır. 2024-cü ildə nəqliyyat koridorlarının sayı 2-dən 5-ə yüksəlib və istifadə edən sürücülərin sayı 30% artıb. 2025-ci ildə isə bu göstəricinin əlavə 30% artması gözlənilir.

Yarışdan sonra şəhərin infrastrukturu sürətlə bərpa olunur. 2024-cü ildə yarış bitdikdən cəmi 16 saat sonra qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və ertəsi gün saat 13:00-da şəhər, demək olar ki, əvvəlki ritminə qayıdıb. Bu, "Formula-1" üzrə yarışlar arasında ən sürətli bərpa göstəricilərindən biridir və hətta Las-Veqas və Sinqapurdan da sürətlidir.

Tribunalara gəlincə, onların sökülməsi hava şəraitindən asılı olaraq 4-5 həftə, digər texniki qurğuların sökülməsi isə 5-7 həftə ərzində tamamlanır.

Bunun reallaşması Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumlarının sıx əməkdaşlığı sayəsində mümkün olur.

Onu da əlavə edim ki, hazırlıq işlərini sürətləndirmək məqsədilə istifadə edilən "Geobrugg" istehsallı yeni baryer sistemləri nəticəsində trasın hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib. Bu texnologiyaların payı 2025-ci ildə daha da artırılacaq.

- Tamaşaçı marağı barədə nə deyə bilərsiniz?

- 2024-cü il həm yarış, həm də ölkəmiz üçün son dərəcə uğurlu oldu. Rəsmi "Formula-1" statistikasına əsasən, Azərbaycan Qran-prisini 87 milyona yaxın tamaşaçı canlı izləyib. Sosial mediada yarışla bağlı paylaşımlar 3.9 milyard insana çatıb ki, bu da bizim üçün rekord göstəricidir. Bakıya gələn tamaşaçıların 77%-i xarici vətəndaş idi. Sorğuya əsasən, onlar Bakıda ortalama 5 gecə qonaqlayıblar. Daha da önəmlisi - azarkeşlərin 55%-i Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə, 72%-i isə növbəti iki il ərzində yenidən gəlməyə hazır olduğunu bildirib.

Bu artan maraq fonunda 2025-ci ildə iki yeni tribuna inşa olunacaq və ümumi tamaşaçı tutumu 20 000 nəfəri ötəcək. Bu, Bakının "Formula-1" xəritəsindəki mövqeyini daha da gücləndirəcək.

- Bu il azarkeşləri nə kimi yeniliklər gözləyir?

- Azərbaycan Qran-prisi artıq sadəcə yarış deyil, tam bir təcrübə və əyləncə festivalına çevrilib. Bu il 4 günlük bileti olan azarkeşlər yarışları izləməklə yanaşı, konsert proqramlarında da iştirak edə, fan zonalarda əylənə biləcəklər. Yarış həftəsonuna qatılan Martin Qarriks və Anima dünyasəviyyəli elektron musiqi ulduzlarıdır. Martin Qarriks - hitləri milyonlarla dinlənilən EDM və "Progressive House" janrının aparıcı siması, Anyma isə innovativ və futuristik səsləri ilə tanınan yeni nəsil prodüser və DJ-dir.

Azarkeşlər sürət, əyləncə və canlı musiqini bir yerdə yaşayacaqlar. Bakı yarışı hər il daha çox insanı cəlb edir və bu səbəbdən biletləri vaxtında əldə etmək tövsiyə olunur. Biletləri ən rahat şəkildə "Baku City Circuit" mobil tətbiqi üzərindən və rəsmi satış məntəqələrindən əldə etmək olar.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri