Icma.az
close
up
RU
Formula 1 Azərbaycanın turizminə və beynəlxalq nüfuzuna güclü təkan verir ŞƏRH EDİLDİ

Formula 1 Azərbaycanın turizminə və beynəlxalq nüfuzuna güclü təkan verir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

""Formula-1" yarışlarının Azərbaycanda, xüsusilə də Bakı şəhərinin küçələrində keçirilməsi ölkəmiz üçün həm idman, həm iqtisadi, həm də mədəni baxımdan çox böyük üstünlüklər qazandırır. İlk növbədə qeyd etmək lazımdır ki, "Formula-1" dünyada ən çox izlənilən idman növlərindən biridir və hər yarış milyonlarla tamaşaçını ekran qarşısına toplayır". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan isə bu yarış vasitəsilə özünü beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı əldə edir. Bakının həm tarixi abidələrinin, həm də müasir memarlığının yarış boyunca qlobal telekanallarda nümayiş etdirilməsi ölkəmizin turizm imicinə güclü təkan verir: "İqtisadi faydaları da danılmazdır. Yarış həftəsində minlərlə turist Azərbaycana üz tutur. Onların otellərdə qalması, restoran və kafelərdə xidmətlərdən istifadə etməsi, ticarət mərkəzlərində alış-veriş etməsi ölkə iqtisadiyyatına əhəmiyyətli gəlir qazandırır. Əlavə olaraq, yarışlarla əlaqəli olaraq xidmət sektorunda – nəqliyyatda, logistika sahəsində, ictimai iaşədə, təhlükəsizlik və təşkilati məsələlərdə – minlərlə müvəqqəti və daimi iş yerləri açılır. Bu da yerli əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir.

"Formula-1"in ölkəyə gətirdiyi ən böyük üstünlüklərdən biri də beynəlxalq nüfuzun artmasıdır. Belə bir yarışın yüksək səviyyədə təşkili Azərbaycanın təşkilatçılıq qabiliyyətini nümayiş etdirir və ölkəni gələcəkdə digər beynəlxalq tədbirlərin, idman yarışlarının, mədəni festivalların keçirilməsi üçün etibarlı tərəfdaş kimi tanıdır. Bu, həm də diplomatik və iqtisadi əlaqələrin inkişafına dolayı yolla müsbət təsir göstərir.

Bundan başqa, yarışlar Azərbaycanın idman infrastrukturunun inkişafına təkan verir. İri miqyaslı tədbirlərin təşkili üçün yeni texnologiyaların tətbiqi, beynəlxalq standartlara uyğun təşkilati işlərin aparılması ölkədə idman menecmenti sahəsində yeni təcrübə yaradır. Bu təcrübə sonrakı illərdə digər idman növlərinin inkişafına da faydalı olur. Sonda onu da vurğulamaq lazımdır ki, "Formula-1" yalnız idman yarışı deyil, həm də mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın platformasıdır. Müxtəlif ölkələrdən minlərlə insanın Bakıya toplaşması Azərbaycanın qonaqpərvərliyini nümayiş etdirməklə yanaşı, ölkəni turizm və investisiya üçün daha cəlbedici edir. Beləliklə, "Formula-1" yarışları Azərbaycana həm qısamüddətli iqtisadi fayda gətirir, həm də uzunmüddətli perspektivdə ölkənin beynəlxalq nüfuzunu və idman ənənələrini gücləndirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri