Formula 1 də inqilabi qərar İlk dəfə tətbiq ediləcək
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il mövsümündən etibarən Formula 1 tarixində ilk dəfə tamştatlı yarış nəzarətçilərinin (stüardların) təyin ediləcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu islahat uzun müddətdir pilotlar və komandalar tərəfindən tənqid olunan ziddiyyətli cərimə qərarlarını aradan qaldırmaq məqsədi daşıyır.
Hazırkı sistemdə hər Qran Priyə növbəli şəkildə dəyişən dörd könüllü hakim nəzarət edir ki, bu da qaydaların fərqli şərh olunmasına gətirib çıxarırdı. FIA-nın yeni proqramına əsasən, 2027-ci ildə tam və yarımştatlı stüardlardan ibarət qarışıq heyət yaradılacaq, 2028-ci ilə qədər isə bu korpus 12-15 nəfərlik tamştatlı peşəkar hakimə çatdırılacaq.
Luis Hemilton və Corc Rassel başda olmaqla, pilotların çoxdan tələb etdiyi bu dəyişiklik həm də qaydaların təkmilləşdirilməsinə və yeni nəsil hakimlərin yetişdirilməsinə töhfə verəcək. FIA prezidenti Məhəmməd Ben Sulayem qərarı avtoidmanda ədalət və şəffaflıq standartlarının yüksəldilməsi istiqamətində mühüm investisiya adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















