Formula 1 yaxından izləmək üçün hasardan tullandı Həbs edildi
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Formula 1” yarışını yaxından izləmək üçün tədbir ərazisinə hasardan icazəsiz keçməyə cəhd edən şəxs 8 gün müddətinə inzibati həbs edilib.
Qaynarinfo xəbər verir ki, 2004-cü ildə Bakı şəhərində anadan olan K.L. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib.
Məhkəmə materiallarına görə, hadisə “Formula 1” yarışları ilə əlaqədar Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində baş verib. K.L. tədbir üçün quraşdırılmış hasardan icazəsiz keçərək yarış ərazisinə daxil olmağa cəhd edib.
İş materiallarında qeyd olunur ki, K.L. polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı onun hasardan keçməkdə məqsədinin “Formula 1” yarışını yaxından izləmək olduğu müəyyən edilib.
Məhkəmə iclasında polis əməkdaşı Tehran Sadıxov bildirib ki, K.L. hasardan atlanaraq əraziyə icazəsiz daxil olub və ÇPA əməkdaşları tərəfindən saxlanılıb.
K.L. isə məhkəmədə özünü təqsirli bilməyib və iş üzrə icraata xitam verilməsini istəyib.
Məhkəmə toplanmış sübutları qiymətləndirərək K.L.-nin xırda xuliqanlıq törətdiyi və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığı qənaətinə gəlib.
Nəticədə K.L. 535.1-ci maddə ilə 8 gün müddətinə inzibati həbs edilib.
Həbs müddətinin başlanğıcı qərarda göstərilən tarixdən saat 15:00-dan hesablanıb. Qərarın icrası Səbail Rayon Polis İdarəsinə həvalə olunub və qərarın dərhal icra edilməsi müəyyənləşdirilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Oktyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















