Icma.az
close
up
RU
“Forumun təşkili prosesində könüllülərin rolu olduqca mühümdür Müşərrəf Kərimli

“Forumun təşkili prosesində könüllülərin rolu olduqca mühümdür Müşərrəf Kərimli

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

19-21 iyulda təşkil olunmuş 3-cü Şuşa Qlobal Media Formunda 52 ölkə, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat, 80-ə yaxın media qurumu eyni zamanda digər təşkilatlardan nümayəndələr iştirak edib.

Həmçinin forumda Media İnkişaf Agentliyinin könüllüləri də iştirak edib.Onlardan biri olan Müşərrəf Kərimli Metbuat.az-la forumla bağlı təəssüratlarını bölüşüb.

- Bir gənc olaraq, azad edilmiş torpaqlarda keçirilən tədbirlər sizə nə deyir?

“Belə tədbirləri canlı izləmək, iştirak etmək insana tamam fərqli hisslər yaşadır. Mənim üçün bu, sadəcə bir tədbirdə olmaq yox, həm də ölkəmin gələcəyi üçün atılan addımları görmək və onların içində olmaq deməkdir. Düşünürəm ki, bu torpaqlarda baş verən hər bir proses, keçirilən hər bir tədbir gələcəyimizə hesablanıb – və bizim, yəni gənclərin bu prosesdə rolu çox vacibdir. Bu yerlərdə olmaq, buradakı atmosferi hiss etmək, insanlarla ünsiyyətdə olmaq mənim üçün həm böyük bir təcrübədir, həm də məsuliyyətdir. Çünki biz bu torpaqlarda yeni həyatın qurulmasına şahidlik edirik. Bu torpaqlar artıq təkcə xatirələrlə deyil, gələcək planlarla da doludur”.

- Forumun təşkili prosesində könüllülərin rolu nədən ibarət idi?

“Forumun təşkili prosesində könüllülərin rolu olduqca mühümdür. Belə beynəlxalq miqyaslı tədbirlər zamanı təşkilati işlərin dəqiq və operativ şəkildə həyata keçirilməsi üçün könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Şuşa Qlobal Media Forumunda da könüllülər ilk gündən etibarən müxtəlif mərhələlərdə təşkilatçılıq prosesinin ayrılmaz bir hissəsinə çevrilmişdilər.Könüllülər, ilk növbədə, xarici və yerli qonaqların qarşılanmasında aktiv iştirak edirdilər. Qonaqların hava limanında qarşılanması, onların nəqliyyat vasitələrinə yönləndirilməsi və otellərə rahat şəkildə yerləşdirilməsi prosesində könüllülər operativ və nəzakətli yanaşmaları ilə seçilirdilər. Bu mərhələ, tədbirin ilk təəssürat baxımından ən həssas məqamlarından biri hesab olunduğuna görə, könüllülərin üzərinə xüsusi məsuliyyət düşürdü.Bundan əlavə, forum çərçivəsində keçirilən panellər, müzakirələr, təqdimatlar və digər tədbirlər zamanı da könüllülər aktiv şəkildə dəstək göstərirdilər. Onlar qonaqların tədbir məkanlarına düzgün şəkildə istiqamətləndirilməsi, texniki məsələlərin həlli kimi sahələrdə öz töhfələrini verirlər.Biz könüllülərin bu prosesdəki rolu yalnız texniki dəstək göstərməkdən ibarət deyil. Onların mehriban və peşəkar yanaşması forumun ümumi atmosferinə müsbət təsir göstərir, qonaqlarda ölkəmiz haqqında xoş təəssüratlar formalaşdırır”.

- Forumdan əvvəl Şuşa haqqında hansı təəssüratlarınız var idi, indi necə dəyişdi?

“Şuşa sadəcə bir şəhər deyil. Şuşa bizim üçün, bütün millətimiz üçün çox dəyərli və mənəvi bir məna daşıyır. Buranın hər qarışı tarixdir, hər daşında bir xatirə, bir iz var. Bura təkcə mədəniyyətin, musiqinin beşiyi yox, həm də zəfərin, gücün və birliyin simvoludur.Düzünü desəm, bundan əvvəl Şuşada olmamışdım. Həmişə şəkillərdə, videolarda görürdüm, haqqında oxuyurdum, eşidirdim. Həmişə deyirdim ki, görəsən bu qədər danışılan yer həqiqətən belə gözəldirmi? İndi isə buradayam. Öz gözlərimlə görürəm hər şeyi – təbiətini, küçələrini, dağlarını, havasını… Burada hər addımda keçmişin izini, eyni zamanda bu günün gücünü və sabahın ümidini hiss edirsən.Şuşaya gəldikdən sonra bu şəhərə baxışım daha da dərinləşdi. Bura yalnız tarixə deyil, eyni zamanda gələcəyə açılan bir qapıdır. Burada həyatın necə yenidən canlandığını, necə böyük tədbirlərin keçirildiyini, gənclərin, medianın, xarici qonaqların necə fəal iştirak etdiyini görəndə insan həm qürur hissi keçirir, həm də inanır ki, bu torpaqlar bizi daha böyük uğurlara aparacaq. Şuşa artıq mənim üçün təkcə keçmişin yox, həm də bu günün və sabahın şəhəridir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri