Fövqəladə Hallar Könüllüləri Proqramının 4 cü mərhələsinə qeydiyyat başlayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"Fövqəladə Hallar Könüllüləri" Proqramının 4-cü mərhələsinə qeydiyyat başlayıb.
Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə hallara hazırlıq üzrə tədbirlərdə gənclərin fəal iştirakını təmin etmək, o cümlədən təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar gənclərin dəstəyindən faydalanmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə Hallar Könüllüləri” Proqramı fəaliyyət göstərir.
Proqrama qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-30 yaş arası şəxslər müraciət edə bilər.
İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.
Təlim proqramını uğurla başa çatdırmış könüllülərə proqramın sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq sertifikat veriləcək.
Könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər 31 avqust 2026-cı il tarixinədək https://docs.google.com/forms/d/e/1FAIpQLSc7tvg93lp4v7TBAPxRpIHzM3hB7VtxYGz5GzGKggJvXOHCMA/viewform?pli=1 səhifəsinə daxil olmaqla müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 08 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















