Icma.az
close
up
RU
Fövqəladə vəziyyət elan olunmalıdır Ekspert

Fövqəladə vəziyyət elan olunmalıdır Ekspert

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır".

Yenisabah.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O, sosial şəbəkə hesabında yazıb: "Rusiyanın Azərbaycana qarşı təhdidlərinin artmasından dolayı yaranan gərginlik təkcə siyasi, iqtisadi və diplomatik sahədə yox, rəqəmsal müstəvidə də ciddi risklər yarada bilər. Pepperoni pizza

Əminliklə demək olar ki, bu, daha çox özünü Azərbaycan internetinin dayanıqlığında göstərəcək.

Azərbaycanın magistral internet bağlantıları əsasən Türkiyə -Gürcüstan, Avropa-Gürcüstan, Rusiya və İran üzərindən ölkəyə daxil olur. Yəni Azərbaycan interneti bu magistrallar üzərində "oturub".

Ölkəyə daxil olan trafikin yarıdan çoxu isə hələ də Rusiya üzərindəndir.  Yəni ən böyük trafik asılılığı Rusiya istiqamətindədir.

Fikrimcə, son zamanlar baş verənlər göstərir ki, Azərbaycan interneti və ümumiyyətlə informasiya məkanımızla  bağlı Rusiya və İran tərəfdən təhdidlər və risklər xeyli güclənəcək.

Rusiya Azərbaycan internetinə müdaxilələr edə bilər, fiziki olaraq magistral optik xətlər sıradan çıxarıla bilər, həmçinin də filtrasiya və bloklanma kimi trafikə süni məhdudiyyətlər tətbiq edə bilər. Belə risklər qaçılmazdır.

Düşünürəm ki, bu riskləri azaltmaq və onlardan yayınmaq üçün İnternet marşrutlarının diversifikasiyasını sürətləndirmək lazımdır. Azərbaycan üçün ən etibarlı ola biləcək Türkiyə və Gürcüstan üzərindən trafik daha da artırılmalıdır.

Qara Dənizin dibi ilə trafik gətirən fiber-optik xəttə sahibliklə bağlı  AzerTelecom şirkətinin  Caucasus Online ilə anlaşmasına Gürcüstan hökuməti tərəfindən qoyulan bloklanmanı aradan qaldırmaq üçün Azərbaycan hökuməti səylərini gücləndiriməlidir.

Az domeni ilə bağlı problemi İKTA hələ də həll edə bilməyib. DNS xidmətləri ölkə daxilində yerləşdirilməlidir.

DTX Az domeni ilə bağlı infrastrukturu kritik elan etməlidir. Amma görünən odur ki hələlik bu istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur.

Düşünürəm ki, indiki anda  kritik  dövlət və özəl sektor üçün,  vacib olan media saytları üçün ehtiyat internet bağlantılar yaradılmalıdır.

Bu tip qurumların internet bağlantıları mütləq olaraq hər üç magistral  provayder üzərindən olmalıdır.

Magistral operatorlarımız - AzerTelecom, Delta Telecom və Aztelekom Azərbaycan internetinin dayanıqlığı və informasiya sahəsində  milli təhlükəsizliyimiz üçün daha çevik, əlaqələndirilmiş formada və ehtiyatlı davranmalıdırlar.

Trafik marşrutlarının diversifikasiyası, kritik infrastrukturun daxili ehtiyatlarla təmin edilməsi və xarici təsirlərə qarşı monitorinq sistemlərinin gücləndirilməsi bu mərhələdə ən vacib addımlardır. 

Ümumiyyətlə, dünyada və regionda gedən proseslər göstərir ki, ölkədə milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunması daha məqsədəuyğun olardı.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri