Icma.az
close
up
RU
Frank De Blekere mövsümü dəyərləndirdi Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm

Frank De Blekere mövsümü dəyərləndirdi Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm

Fanat saytına istinadən Icma.az xəbər verir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerenin AFFA-nın mətbuat xidmətinə müsahibəsi

- Azərbaycan hakimlərinin 2024/2025 mövsümündəki idarəçiliyini necə qiymətləndirirsiniz?

- Geridə qalan mövsümdə hakimlərimizin çıxışlarından məmnun və pozitiv hisslərlə baxıram. Onların mövsümün əvvəlindən sonuna qədər inkişaf etdiklərini gördüm. Meydanda şəxsiyyətə malik hakimlər var idi, oyunçulara və məşqçilərə qarşı yaxşı, insani davranış nümayiş etdirdilər. Meydandakı iştirakçılara hörmətlə yanaşdılar. Məşqçinin reaksiyasına görə ucuz sarı vərəqələr verilməsini istəmirəm. Yalnız açıq-aşkar etiraz və jestlər üçün sarı vərəqənin göstərilməsinin tərəfdarıyam. Hakimlər bunu bütün mövsüm ərzində hörmətlə qorudular.

- Futbolda hakim səhvi qaçılmazdır. Bunun minimuma endirilməsi yönündə nə kimi işlər görülür?

- Təbii ki, qərarlar ətrafında müzakirələr aparılır. Çünki hər vəziyyət ağ və ya qara deyil, bəzən ikisinin ortasında olur. Bəzən qarşısını ala biləcəyimiz səhvlər etdik. Amma ümumilikdə hakimlər və VAR bu mövsüm Premyer Liqada keçirilən 180 oyunda yaxşı təsir bağışladılar. Düzgün qərarlar qəbul etdikdə etibarlılıq və inam yüksək olur. Futbol dəqiq elm deyil, ona görə də futbola sevgi bəsləyən hər kəs tərəfindən dəstəklənməliyik. Qaydalar hər zaman izah oluna bilər.

- Hakimlərdən əsas tələbləriniz nələr idi?

- Müdaxilə xəttini yüksək təyin etdik, ucuz penaltilər istəmədik, kiçik kontaktlar üçün VAR müdaxilələri olmaz. UEFA-nın təlimatlarına əməl etdik. Deməliyəm ki, hakimlər mövsüm ərzində bu təlimatlara hörmətlə yanaşdılar. Eyni zamanda VAR-ın məntiqli və aydın qərarlar qəbul etməsini istəyirəm. Hər kəsin başa düşəcəyi qərarlar olmalıdır. Buna görə də hakim mütləq meydanda öz qərarlarını verməlidir. UEFA və FIFA da bunu istəyir. Hakim meydanda məsuliyyəti öz üzərinə götürməlidir. Bunun üzərində hər həftə işlədik. İnanın ki, Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil. Matçı uğurla başa çatdırmaq istəyirsənsə, daim diqqətli olmalısan.

- Hakimlərin mövsüm ərzində inkişafı sizi qane etdi?

- Hər bir hakimin mövsüm ərzində irəlilədiyini gördüm. Oyunsonrası fərdi rəy aldıqları həftəlik texniki sessiyalar üzərində ciddi işlədik. Bazar ertəsi və ya çərşənbə axşamı keçirilən texniki sessiyalarda bütün vəziyyətləri müzakirə etdik. Bunu çox ciddi və peşəkar şəkildə edirik. Bu, hakimləri daha da inkişaf etdirmək və onlara güvən vermək yoludur. Hazırkı hakimlər qrupuna inamım böyükdür. Onlar hər gün öyrənməyə açıqdırlar. Bu yanaşma ilə gələcəyə ümidlə baxa bilərik.

- Bu mövsüm daha bir hakimimiz I kateqoriyaya yüksəldi. Bu, gələcək üçün nə vəd edir?

- Bu baxımdan böyük irəliləyiş əldə etdik. Azərbaycan tarixində ilk dəfə UEFA I kateqoriyada iki hakimimiz var - Əliyar Ağayev və Elçin Məsiyev. Elçin Məsiyev I kateqoriyaya ötən ilin dekabrında yüksəldi, iyunda Slovakiyada keçiriləcək U-21 Avropa çempionatının final mərhələsinə təyinat aldı. Bu, UEFA-nın ən böyük ikinci turniridir. Məsiyev iki köməkçisi Elşad Abdullayev və Pərvin Talıbov ilə birlikdə bacarıqlarını göstərəcək. Üçüncü FIFA referimiz Kamal Umudlu hazırda Albaniyada davam edən U-17-lər arasında Avropa çempionatında hakimlik edir. O, qrup mərhələsində Albaniya - Almaniya matçını idarə etdi. Bunlar Kamal Umudluya UEFA-nın müsbət siqnallarıdır. Ən təcrübəli FIFA hakimimiz Əliyar Ağayevi isə UEFA Çempionlar Liqasının iki oyununa təyin etdi. İyunda da dünya çempionatının seçmə mərhələ matçında hakimlik edəcək.

- FIFA hakimlərinin sayının artması nə dərəcədə real görünür?

- Azərbaycan beynəlxalq arenada tanınır. 4 beynəlxalq hakimimizin olmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm. Tural Qurbanov UEFA-nın CORE layihəsinə daxil edilib. FIFA referisi olmayan gənc və perspektivli hakimlər bu layihə çərçivəsində şəxsi məşqçidən təcrübə qazanmaq imkanı əldə edirlər. Yan xətt hakimi Asiman Əzizli də UEFA CORE layihəsində iştirak edir.

- AFFA Hakimlər Komitəsi hakimlərimizin beynəlxalq arenada daha böyük təyinatlar alması üçün nə kimi işlər görür?

- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers fevralda Azərbaycana gəldi. O, hakimlərimiz üçün seminar keçdi, beynəlxalq futbol və hakimlik mövzusunda mühazirə verdi, həmçinin mətbuata öz fikirlərini bildirdi. Bu əlaqələr hakimlərimiz üçün çox vacibdir. AFFA hakimliyi ilə yeni yol tutmuşuq. UEFA-nın beynəlxalq futbol qaydalarına əməl edirik. Yalnız bu şəkildə böyük futbol ölkələri ilə əlaqə qura bilərik. Doğru yoldayıq.

- Sizcə, hakimlərimiz əsasən nədə diqqətli olmalıdırlar?

- Matçlarda ardıcıl olmalıyıq. Ardıcıl qərarlar hər məşqçinin hakimdən tələb etdiyi əsas məsələdir. Lakin hər vəziyyət fərqlidir, ona görə də bunu izləmək çətindir. Biz bu sahədə inkişaf edə bilər və daha yaxşısını bacararıq. Bundan başqa, bəzi anlarda oyunu daha yaxşı hiss edə bilərik. Bu, həmçinin klubların və məşqçilərin istəyidir. Mən bunu anlayıram. Ancaq hamı bilməlidir ki, bunun üzərində hər gün işləyirik. Eynən məşqçinin hər gün komandasını hazırladığı kimi. Bu səbəbdən, hakimlərə dəstək olmaq lazımdır.

- Gələn mövsüm gənc hakimlərin Premyer Liqa oyunlarına təyinat almaları gözlənilirmi?

- Elit kateqoriyada olan hakimlər 2025/2026 mövsümündə Premyer Liqada təyinat alacaqlar. Bu siyahıya bəzi gənc hakimlərin də daxil edilməsi planlaşdırılır.

- Mayın 31-də Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bununla ölkə hakimləri üçün də 2024/2025-ci illər mövsümü başa çatacaq...

- Qarşıda çox vacib oyun var. Hakimlər bu qarşılaşmanın hazırlığını matçdan bir gün əvvəl edəcək. Onlar tam peşəkar şəkildə hazırlaşacaqlar ki, yaxşı çıxış etsinlər. Hər zaman deyirəm ki, hakim görünməz olanda, deməli, oyunu yaxşı idarə edib. Kubokun finalı üçün də hakimlərimizə eyni şeyi arzu edirəm. Ardından isə istirahət etmək və yeni mövsümə güc toplamaq lazım gələcək. Avqustda başlayacaq yeni yarışa hazırıq!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 İyun 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see211

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see152

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see127

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see125

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see119

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see119

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see119

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri