Fransa ABŞ ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Fransa ABŞ-ın müttəfiqi olsa da, hərbi əməliyyatlarda yalnız öz maraqlarına uyğun olduğu halda iştirak edir.
Bu barədə Fransanın Baş naziri Sebastyan Lekornyu LCI telekanalına açıqlamasında bildirib.
Lekornyu ABŞ Prezidenti Donald Trampın Fransanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmamasını tənqid etməsinə münasibət bildirərək, Fransanın “azad müttəfiq” olduğunu deyib.
O vurğulayıb ki, Paris Vaşinqtonun ardınca getmir, vəziyyəti müstəqil qiymətləndirir və öz maraqlarını qoruyur.
Fransanın Baş naziri 2000-ci illərin əvvəlində ABŞ-ın İraqa qarşı müharibəsində də Parisin iştirakdan imtina etdiyini xatırladıb. Bununla yanaşı, Lekornyu qeyd edib ki, Fransa zəruri olduğu hallarda koalisiyalara qoşularaq hərbi əməliyyatlarda iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Avqust 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















