Icma.az
close
up
RU
Fransa Azərbaycana qarşı: Paris Ermənistanı silahlandırır, regionda vəziyyəti gərginləşdirən addımlar atır TƏHLİL

Fransa Azərbaycana qarşı: Paris Ermənistanı silahlandırır, regionda vəziyyəti gərginləşdirən addımlar atır TƏHLİL

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Azərbaycana qarşı qərəzli münasibətini getdikcə dərinləşdirir. Xüsusilə 2020-ci ildən - İkinci Qarabağ müharibəsindən sonra Fransanın rəsmi dairələri və parlament üzvlərinin Azərbaycana qarşı sərt bəyanatları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qərəzli mövqeyi müşahidə olunur. Fransanın yüksək səviyyəli nümayəndələri tərəfindən verilən bəyanatlar isə rəsmi Bakı tərəfindən təbii olaraq, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qəbul edilir, bu da iki ölkə arasında etimadı daha da sarsıdır. Fransanın mövqeyi Azərbaycana qarşı yönəlməklə yanaşı, regional sabitliyi də təhdid edir, bütövlükdə isə beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov APA-ya açıqlamasında qeyd edib ki, Fransa rəsmiləri tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatlar davamlı xarakter daşıyır: “Bu bəyanatlar xüsusilə İkinci Qarabağ müharibəsindən sonra daha da intensivləşib. Təəssüf ki, bəyanatlar çox vaxt yalnız sözlərlə məhdudlaşmır, bəzən rəsmi sənədlər və qətnamələr şəklində də ortaya çıxır. Xüsusilə vurğulamaq istərdim ki, İkinci Qarabağ müharibəsindən sonra Fransada Azərbaycana qarşı qərəz o qədər şiddətləndi ki, Fransa parlamentinin hər iki palatası – demək olar ki, yalnız iki nəfərin əleyhinə səs verməsi istisna olmaqla – yekdilliklə Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını "qondarma Dağlıq Qarabağ Respublikası" kimi tanıyan qətnamə qəbul etdi. Bu isə açıq şəkildə Azərbaycana qarşı qərəzin, nifrətin və beynəlxalq hüququn kobud şəkildə pozulması demək idi. Fransa rəsmiləri və ekspertləri bəzən iddia edirlər ki, 1993-cü ildəki qətnamələr Fransa dəstəyi olmasa, qəbul edilə bilməzdi. Əslində isə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına dair qətnamələr qəbul edilərkən Fransa bu prosesə müdaxilə edib və həmin qətnamələrin Ermənistan üçün mənfi nəticələrini azaltmağa çalışıb. Bu kimi faktlar onu göstərir ki, bu gün Fransa rəsmiləri tərəfindən səsləndirilən bəyanatlar təsadüfi deyil və heç şübhə yoxdur ki, sonuncu da olmayacaq”.

Tarixi kontekst: Fransa hər zaman Ermənistanı dəstəkləyib

Fransanın Azərbaycana qarşı qərəzli siyasəti hələ 1990-cı illərin əvvəllərində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdən başlayır. 1992-ci ildə ATƏT tərəfindən yaradılmış Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışsa da, bu qurumun həmsədrlərindən biri olan Fransa, tərəfsiz mövqe nümayiş etdirmək əvəzinə, zaman-zaman Ermənistanın maraqlarına uyğun addımlar atıb. Xüsusilə 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə (822, 853, 874 və 884) Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da, Fransa bu qətnamələrin yerinə yetirilməsi istiqamətində ciddi diplomatik təzyiqlər göstərməkdən yayınıb. 1994-cü ildən sonra Fransanın Ermənistana silah tədarükündə qeyri-rəsmi artım müşahidə olunub, 1998-ci ildə Fransa prezidenti Jak Şirakın Ermənistan səfəri zamanı qondarma “erməni soyqırımı” ilə bağlı ritorika gücləndirilib və bu məsələ siyasi alətə çevrilib. Bu illərdə verilən bəyanatlar və qəbul olunan qərarlar Fransanın neytral vasitəçi kimi deyil, tərəfkeş aktor kimi çıxış etdiyini ortaya qoyurdu.

Vasif Hüseynov qeyd edir ki, Fransa tarixən, hətta Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərən vaxtlarda belə Azərbaycana qarşı qərəzli siyasət yürüdüb: “Belə olan halda, sual yaranır: Bundan sonra nə olacaq? Növbəti mərhələdə bizi nə gözləyir? Hazırda Fransanın məqsədi nədir? Bu suallar müzakirə olunmalı və aydınlaşdırılmalıdır. Görünən odur ki, Ermənistan bir daha hansısa havadar dövlətin geosiyasi oyunlarının alətinə çevrilir və nəticədə yenə də uduzan Ermənistan xalqı olur. Bu həqiqəti ermənilər də dərk etməlidirlər. Təəssüf ki, hələlik bu anlayışa gəlib çıxmayıblar. Bir vaxtlar Rusiyadan mədət umduqları kimi, indi də Fransadan kömək gözləyirlər. Düşünürlər ki, Fransa Ermənistanı xilas edəcək. Amma reallıq tamam başqadır”.

2020-ci ildən sonra yaranan yeni reallıqlara müqavimət

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə 30 ilə yaxın davam edən Ermənistanın işğalına son qoydu və regionda yeni geosiyasi reallıqlar yaratdı. Fransa rəhbərliyi, xüsusilə Fransa Prezidenti Emmanuel Makron müharibə ərzində Ermənistanı dəstəkləyərək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli mövqe sərgilədi. Fransa hökuməti müharibənin ilk günlərində Ermənistanla sıx əlaqələrini davam etdirərək, faktiki olaraq İrəvanı tərəfdaş kimi dəstəkləyirdi. 2020-ci ilin dekabrında Fransanın parlamenti Azərbaycan və Ermənistan arasında atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistana dəstək verən qətnamələr qəbul etdi.

Bundan əlavə, Fransanın ovaxtkı XİN rəhbəri Jean-Yves Le Drian müharibənin sona çatmasından sonra da Ermənistanın mövqeyini dəstəkləyərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair atdığı addımları tənqid etmişdi. Bu yanaşma Fransanın geosiyasi maraqlarını, xüsusilə də Cənubi Qafqazda təsirini saxlamağa yönələn strategiyasını açıq şəkildə göstərdi.

Vasif Hüseynovun fikrincə, Fransa hazırda Cənubi Qafqazı təkcə regional deyil, həm də qlobal miqyasda geosiyasi maraqlarının bir hissəsi kimi görür: “Afrikada nüfuzunun azalması, yerli dövlətlərlə münasibətlərinin gərginləşməsi və bir neçə ölkədən çıxarılması fonunda Fransa dünyanın digər bölgələrində mövqeyini gücləndirməyə çalışır. Ermənistan kimi kiçik, mənasız, heç kimə lazım olmayan dövlətlərdən mədət tutmur ki, bəlkə o kiçik dövlətlərin sayəsində müxtəlif regionlara ayaq aça bilsin. İndiki halda isə Cənubi Qafqazda Ermənistandan istifadə edərək bizim regiona gəlməyə, regiondakı geosiyasi proseslərə təsir etməyə çalışır və bu isə nəinki Azərbaycanın, heç Ermənistanın da maraqlarına uyğun deyil”.

Azərbaycanla Ermənistan arasında sülh prosesi-Fransanın mənfi rolu

Fransa Cənubi Qafqazda sabitlikdən danışarkən, eyni zamanda öz fəaliyyətləri ilə bu sabitliyi pozmaqdadır. Fransa münaqişənin gedişində və sonra Ermənistana göstərdiyi dəstəklə Azərbaycanın təhlükəsizlik maraqlarını kobudcasına pozur. 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmasından sonra, Fransa Ermənistanla yaxın diplomatik əlaqələr quraraq, keçmiş Dağlıq Qarabağ münaqişəsinin tərəfini dəstəkləməyə başlayıb. Fransa münaqişənin başlanğıcından etibarən Ermənistanın yanında yer alıb, hətta ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həlli prosesində qərəzli mövqeyini gizlətməyib.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra isə Fransa Azərbaycana qarşı mövqeyini daha da sərtləşdirib. 2020-ci ilin noyabrında - müharibə bitdikdən sonra Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın qazandığı qələbəni tənqid edərək, Ermənistanı dəstəkləməyə davam edib. Eyni zamanda, Fransa Ermənistana hərbi və siyasi dəstəyini artırmağa başlayıb. 2023-cü ilin oktyabrında Fransa müdafiə naziri Sebastyan Lekornu İrəvana səfər edərək, Ermənistanla bir neçə hərbi saziş imzalayıb. Bu sazişlər çərçivəsində Fransa Ermənistanın hərbi arsenalını modernləşdirərək, "Mistral" hava hücumundan müdafiə sistemləri və digər müasir silahlar tədarük etməyi təklif edib. Bu addım Fransanın Ermənistanla daha sıx hərbi və strateji əməkdaşlıq münasibətləri qurma istəyini göstərir.

Fransanın bu addımları regiondakı sülh təşəbbüslərinə zərbə vurur. Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ətrafında danışıqların aparıldığı bir vaxtda Ermənistanın silahlandırılması bölgədə güc balansını pozur və revanşist qüvvələrin mövqeyini gücləndirir. Bu, yalnız sülh danışıqlarını çətinləşdirmir, həm də Ermənistan ictimaiyyətində yanlış illüziyaların yaranmasına səbəb olur. Halbuki bölgənin ehtiyacı qarşıdurma deyil, davamlı sülh və əməkdaşlıqdır.

Fransa xarici işlər nazirindən növbəti qərəzli bəyanat

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro növbəti qərəzli bəyanatını aprelin 14-də səsləndirib. O, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında regional gərginlik və sülh prosesi ilə bağlı guya bəzi narahatlıqlarını gündəmə gətirib. O, hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddialar irəli sürüb. Barro çıxışında Azərbaycanın həyata keçirdiyi hüquqi prosedurları tənqid edərək, bu mühakimələrin "ədalətsiz" olduğunu iddia edib, bunun bölgədəki sülh prosesinə mənfi təsir göstərəcəyini bildirib. Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması barədə son günlər yayılan məlumatlardan narahatlığını dilə gətirən fransız nazir vəziyyətə nəzarətin gücləndirilməsi üçün Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzlərinin sayının artırılmasının zəruriliyini vurğulayıb.

Jan-Noel Barro vəziyyətdən narahatlıq keçirdiyini dilə gətirsə də, əksinə, bu cür bəyanatların bölgədə gərginliyin daha da artmasına səbəb ola biləciyini anlamalıdır. Fransa Ermənistanla tarixi əlaqələrini və münasibətləri baxımından hər zaman Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar verir. Azərbaycanın mövqeyi isə fərqlidir. Azərbaycan beynəlxalq hüquq və müstəqil məhkəmə sisteminin təməl prinsiplərinə əsaslanaraq, bir sıra müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxslərə qarşı mühakimələri tamamilə qanuna uyğun şəkildə keçirir. Azərbaycan hökuməti, həmçinin, Ermənistanın işğalçı siyasətinin nəticələri barədə dünya ictimaiyyətini məlumatlandırmağa davam edir və regional sülhün yalnız tərəflərin bərabər hüquqlarına hörmətlə əldə edilə biləcəyini bildirir.

Barronun çıxışı Fransanın bölgədə sülh və təhlükəsizliyi dəstəkləmək əvəzinə, gərginliyi artıran aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir.

Paris bir yandan guya vəziyyətin gərginləşməsindən narahat olduğunu bildirir, digər tərəfdən, Ermənistanı silahlandırır, revanşist meyllərin güclənməsinə təkan verir. Təkcə bu fakt onu deməyə əsas verir ki, regionda vəziyyəti elə yalançı göz yaşı tökən Fransa özü gərginləşdirir.

Azərbaycan regionda davamlı sülhün təmin edilməsi üçün birgə əməkdaşlığa, tərəflərin maraqlarının bərabər şəkildə nəzərə alınmasına çağırır. Bu kontekstdə Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsip və dəyərlərinə əsaslanır, bütün dövlətlərin suverenliyinə hörmət edilməsinin vacibliyini ortaya qoyur.

Fransanın regiona dair bu yanaşması nə Ermənistanın xeyrinədir, nə də regional sabitliyə töhfədir.

Vasif Hüseynov da hesab edir ki, regiondan kənar dövlətlərin yersiz müdaxiləsi regional sabitliyə heç bir töhfə verə bilməz.

Cənab Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Cənubi Qafqaz dövlətləri yalnız bir-biri ilə dostluq, tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmaqla sülhə və sabitliyə nail ola bilərlər. Regiondan kənar dövlətlərin bu bölgəyə müdaxiləsi isə yalnız xalqların maraqlarına ziddir, onların zərərinədir və heç bir faydası yoxdur”, deyə V. Hüseynov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:20
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see143

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see138

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see117

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri