Icma.az
close
up
RU
Fransa, Böyük Britaniya ilə birgə silah alışı barədə Aİ dəki müqavilələrə qarşı çıxıb “Politico”

Fransa, Böyük Britaniya ilə birgə silah alışı barədə Aİ dəki müqavilələrə qarşı çıxıb “Politico”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Hollandiya və İsveç də daxil olmaqla 10-a yaxın Avropa İttifaqına (Aİ) üzv olan ölkə Almaniyanın Britaniya və Kanadaya Aİ dövlətlərinin kollektiv silah alışında iştirakına icazə vermək planını dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, belə dəstək açıqlamaları 3 aprel tarixində AB səfirlərinin görüşündə səsləndirilib.

Lakin Almaniyanın AB xaricindəki ölkələri kollektiv silah alışı proqramına daxil etməyə çalışması, Fransanın müqaviməti ilə qarşılaşıb. Fransa Böyük Britaniyanın bu proqramda iştirakını rədd edib.

AB diplomatının sözlərinə görə, "fransız səfiri bu məsələdə çox israr edərək, bu qərarın qarşıdakı planların həyata keçirilməsində gecikmələrə səbəb olacağı barədə xəbərdarlıq edib". Fransa, Britaniya ilə Brüssel arasında müdafiə və təhlükəsizlik razılaşması müqabilində Britaniyanın sularında daha yaxşı balıqçılıq hüquqları əldə etmək əzmindədir, deyə bir neçə rəsmi şəxs məlumat verib.

"Almaniyanın təklifi, həmçinin Ukrayna, Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə birgə silah alışı imkanlarını məhdudlaşdırır, AB-yə üzv olmaq istəyən ölkələr, eləcə də təhlükəsizlik və müdafiə sahəsində tərəfdaş ölkələrlə də əlaqələri nəzərə alır", - deyə "Politico"qeyd edir.

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen əvvəllər 800 milyard avro dəyərində silah yenilənməsi planı təklif etmişdi. Bu plan, AB ölkələrinin müdafiə məqsədilə 150 milyard avroya qədər borc götürməsini nəzərdə tutur. AK bu pulları kapital bazarlarından borc almağı və sonra həmin vəsaiti kredit şəklində dövlətlərə verməyi planlaşdırır, bu şərtlə ki, onlar Avropada birgə silah alışı həyata keçirsinlər. Brüsselə görə, bu vəsaitlərin bir hissəsi Ukrayna üçün silah istehsalında istifadə oluna bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Aprel 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri