Icma.az
close
up
RU
Fransa casusunun növbəti məhkəmə iclası keçirilib Şahidlər nə dedi?

Fransa casusunun növbəti məhkəmə iclası keçirilib Şahidlər nə dedi?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Nizami rayonu 28 saylı Mənzil İstismar İdarəsinin əməkdaşı F.Ə. şahid qismində ifadə verib.

O bildirib ki, DTX-nin Martin Ryanın saxlanılması ilə bağlı keçirdiyi əməliyyat zamanı özü və iş yoldaşı hal şahidi kimi iştirak ediblər: "2023-ci il dekabrın 4-də iki nəfər idarəyə yaxınlaşaraq DTX-nin əməkdaşları olduqlarını bildirdilər. Onlar bizim ərazimizdə olan bir mənzildə əməliyyat-axtarış tədbirlərini keçirəcəklərini bildirdilər, məni və iş yoldaşımı hal şahidi qismində iştirak etmək üçün dəvət etdilər. Biz də razılaşdıq. Bizdən həmin evdə yaşayan şəxsi tanıyıb-tanımadığımızı soruşdular. Biz də həmin ünvanda yaşayan şəxsi tanımadığımızı bildirdik. Söhbətlərdən bizə məlum oldu ki, həmin evdə Fransa vətəndaşı yaşayır. Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən Özbəkistan küçəsində olan həmin mənzilə gəldik. DTX-nin əməkdaşları evin qapısını döydülər. Sakin qapını açdı, ona məlumat verildi və evdə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı ona təqdim edildi. Əməliyyat-axtarış tədbirində fransız dilində sərbəst bilən qadın tərcüməçi də iştirak edirdi, DTX-nin əməkdaşlarının danışıqlarını Martinə tərcümə edirdi. Məhkəmə qərarı ilə tanış olandan sonra Martin Ryan onları evə dəvət etdi".

Şahidin sözlərinə görə, evdən 2 noutbuk, 4 telefon, fransız dilində olan sənəd və kitablar, çoxlu sayda vizit-kartlar götürülüb: "Bunların hamısı videoçəkilişlə edildi. Götürülən telefon, noutbuklar və digər əşyalar qablaşdırıldı. Bütün proses fransız dilində ona tərcümə olunurdu. Baxış keçiriləndən sonra protokol tərtib olundu, Martin Ryan və biz ona qol çəkdik". (report)

Növbəti məhkəmə prosesi fevralın 16-a təyin edilib.

Xatırladaq ki, ittiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri