Icma.az
close
up
RU
Fransa Əlcəzair vizalarının dayandırılması diplomatik böhranı daha da gərginləşdirir

Fransa Əlcəzair vizalarının dayandırılması diplomatik böhranı daha da gərginləşdirir

Icma.az, Azertag saytına istinadən bildirir.

Paris, 10 avqust, AZƏRTAC

Fransa və Əlcəzair arasında gərginlik yeni mərhələyə keçib. Prezident Emmanuel Makronun avqustun 6-da Əlcəzairin Baş nazirinə ünvanladığı məktubda açıqladığı iki əsas qərar diplomatik böhranı daha da dərinləşdirib. Həmin qərarlara görə Əlcəzair vətəndaşları üçün uzunmüddətli (D növü) vizaların verilməsi dayandırılır və 2013-cü il diplomatik pasport sahibləri üçün viza istisnası sazişi dondurulur.

AZƏRTAC xəbər verir ki, Makronun məktubuna cavab olaraq, Əlcəzair Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda Fransa ilə 2013-cü ildə bağlanmış qarşılıqlı viza istisnası sazişinin rəsmən ləğv edildiyi elan olunub. “Bu, Fransa tərəfinin sadəcə dondurma qərarından daha irəli gedən addımdır və sazişin mövcudluğuna son qoyur”, - deyə nazirliyin bəyanatında qeyd olunub.

Beləliklə, artıq Fransanın diplomatik və ya xidməti pasport sahibləri Əlcəzairə səfər etmək üçün viza almağa məcbur olacaqlar. Həmçinin Əlcəzair Xarici İşlər Nazirliyi əlavə edir ki, vizaların verilməsi şərtləri Fransa hökumətinin Əlcəzair vətəndaşları üçün tətbiq edəcəyi qaydalarla eyni olacaq.

Makronun elan etdiyi digər əsas qərar isə bütün Əlcəzair vətəndaşları üçün uzunmüddətli vizaların (Viza D) verilməsinin dərhal dayandırılması olub. Bu qərar 2024-cü ildə qəbul edilmiş “Viza-Yenidənqəbul Leveri” (LVR) qanununa əsaslanır və mühacirət məsələlərinə təzyiq vasitəsi kimi istifadə edilir.

Hazırda Fransada təhsil almaq istəyən əlcəzairli tələbələr qeyri-müəyyənlik içindədir. Qeydiyyat üçün müraciət etmiş və universitetlərə qəbul gözləyən minlərlə gəncin planları sual altına düşüb. Eyni zamanda, ailənin birləşməsi üçün viza gözləyən şəxslərə bu qərar ciddi şəkildə təsir edir.

Əlcəzair tərəfinin qarşılıqlı tədbirlərə əl atması nəticəsində artıq Fransa şirkətləri öz fransız ekspatlarını Əlcəzairdə yerləşdirməkdə çətinlik çəkəcək. Çünki Əlcəzair iş icazələrinin verilməsini də məhdudlaşdıracağını açıqlayıb. Bu, Fransa biznes sahələrinin fəaliyyətini zəiflədə bilər.

Makronun bu qərarı Fransada da ciddi tənqidə səbəb olub. Müxalif sol partiyalar (Sosialistlər və “La France Insoumise”) münasibətlərin gərginləşməsinin qarşısını almağa çağırsa da, daxili işlər naziri Bruno Rötayo mühacirət əleyhinə qəti mövqe göstərərək eskalasiyanı seçib.

Vizaların dayandırılması qərarı hər iki tərəfdə sıravi vətəndaşları, xüsusilə də əlcəzairli tələbələr və fransız ekspat ailələr üçün birbaşa problem yaradır. Bu qərar nə münasibətləri yaxşılaşdırır, nə də hər iki ölkənin gələcək əməkdaşlığına müsbət təsir göstərir. Əksinə, bu, daha çox gərginlik, mədəni ayrılıq və qarşılıqlı etimadsızlıq toxumu səpir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri