Icma.az
close
up
RU
“Fransa hələ də Azərbaycan əleyhinə diqqətçəkən nümunələr axtarır”

“Fransa hələ də Azərbaycan əleyhinə diqqətçəkən nümunələr axtarır”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fransa Ermənistanla tərəfdaşlığını və ikitərəfli münasibətlərini perspektiv üçün Azərbaycana qarşı istiqamətləndirəcək yol xəritəsi kimi qəbul etmək qərarına gəlib”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib.

A.Kərimov əlavə edib ki, Fransa bu yol xəritəsini inkişaf etdirmək üçün Hindistanın da Ermənistana dəstəyini gücləndirici mexanizm kimi nəzərində saxlayır: “Beləliklə, nəticədə Fransa-Hindistan-Ermənistan dostluğu və əməkdaşlığının strateji olaraq dərinləşdirmək Cənubi Qafqazda təhlükəsizliyi, sülh mühitini şikəst etmək naminə təsnifatlandırılır. Regionda Hindistanın əsasən Çin, üzdə görünən tərəfdə isə Pakistan, Fransanın isə arxa səhnədə Böyük Britaniya ilə rəqabətində Ermənistan “əlamətdar” kompensasiyaedici faktor kimi çıxış edir. Yəni Ermənistan həm Fransanın, həm də Hindistanın xidmətində durmaqla Azərbaycana qarşı mümkün hərbi təxribatlar zamanı təhlükəsizlik zəmanətləri almağa həvəslənir. Bunun müqabilində Fransa da, Hindistan da Ermənistandan kəşfiyyat məlumatları alıb və ya İrəvana kəşfiyyat informasiyaları ötürüb dominant oyunçu olmağa şirniklənirlər. Bununla belə, Azərbaycan Ermənistan üçün açıla biləcək strateji nöqtələri dondurur, üstəlik strateji müttəfiqi Türkiyə və tərəfdaşları ilə əməkdaşlıqları genişləndirir”.

Siyasi təhlilçi Azərbaycanın Ermənistanın təxribat siyasətinə qarşı əsas güclərindən biri də onun hərbi arsenalı və sərhəddə strateji məntəqələri nəzarətdə saxlaması olduğunu vurğulayıb: “Bu mənada Ermənistanın Azərbaycana qarşı güclü hərbi-siyasi alətlər əldə etməsi müşkülə çevrilir, üstəlik İrəvan həm də Bakı ilə Fransanın rəqabətinin arasında sıxılır. Azərbaycan Fransa ilə əlaqələrinin pisləşməsi bahasına olsa da, özünün strateji və təhlükəsizlik maraqlarını qoruyaraq Parisin də işini çətinləşdirir. Çünki Fransa Azərbaycanın müttəfiqlik arealının genişlənməsini və hərbi qüdrətini gücləndirməsini regiondakı dinamikalarda əsas hərəkətverici qüvvə olduğunu dərk edir. Lakin Fransa hələ də Azərbaycan əleyhinə diqqətçəkən nümunələr axtarır və hesab etmək olar ki, Paris bu axtarışlarını kəşfiyyat səhnəsinə sıçratmaq üçün müxtəlif üsullar arayır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri