Icma.az
close
up
RU
Fransa ictimaiyyəti Makrondan qurtulmaq üçün aksiyalara başlayır TƏHLİL

Fransa ictimaiyyəti Makrondan qurtulmaq üçün aksiyalara başlayır TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Etiraz aksiyalarının ölkənin 165 şəhər və qəsəbələrini əhatə edəcəyi gözlənilir

Dünyada mövcud olan müharibələr arasında ən dəhşətlisi və amansızı olan Rusiya -Ukrayna müharibəsini dayandırmaq üçün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər təşəbbüslər göstərsələr də, istəklərinə nail ola bilmirlər. Çünki qarşıduran tərəflər iddialarından bir addımda olsa geri çəkilmək fikrində deyillər. Ədalətli mövqedən çıxış edilsə, o zaman Rusiyanın haqsız tərəf olduğu məlum olar. Nədən ki, bu ölkə özünün imperiya hikkəsindən çıxış edərək müstəqil mövqe və siyasət yeritməyə çalışdığı üçün Ukraynanı qan gölündə boğmağa çalışdı. Bu səbəbdən də 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başladı və üç günə bitəcəyinə ümid edilən müharibə üç ildən çoxdur ki, davam etməsi ilə nəticələndi. Bu gün də müharibə amansız formada davam etməkdədir. Şəhərlər, qəsəbələr və kəndlər dağıdılır, yüz minlərlə insan öz həyatlarından olurlar. Siyasi analitiklər hesab edirlər ki, müharibədə Rusiyanın itkiləri daha çoxdur. Çünki hücum edən tərəf Rusiyadır. Digər tərəfdən Rusiyanın silah-sursatı tükənməkdədir. Korrupsiya və rüşvətxorluğun tüğyan etməsi də Rusiya ordusunun fəaliyyətinə vurulan zərbələrdəndir. Rusiya əsgərləri müharibənin mənasız müharibə olduğunu şüurlu şəkildə dərk edirlər. Ona görə də, aktiv döyüşlər aparmaqdan yayınırlar və əksər hallarda fərarilik edirlər. Bu səbəbdəndir ki, Rusiya hərbi prokurorluğu tərəfindən döyüş mövqelərini özbaşına tərk etdiklərinə görə 57 min 346 nəfər əsgər və zabit haqqında cinayət işi qaldırılıb və onların əksəriyyəti həbs olunublar.

Bir gündə Rusiyanın 40 strateji aviasiya təyyarəsi məhv edildi

Rusiya ordusunda, ümumilikdə isə hüquq-mühafizə orqanları sistemində hökm sürən xaosdan Ukrayna xüsusi xidmət orqanları qonşu ölkəyə maksimum zərbələrin endirilməsi üçün istifadə etmək imkanları əldə edirlər. İyunun 1-də Ukrayna tərəfinin Rusiyanın 5 aerodromuna və dəmir yolu sisteminə vurduğu zərbələr rəsmi Kiyevin həyata keçirdiyi unikal əməliyyatlardan hesab olunur. Xarici KİV-lərin iddiasına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın 40 strateji aviasiya təyyarəsini məhv etdiyi xüsusi əməliyyata il yarımdan çox müddətə hazırlanıb. Bildirilib ki, əməliyyatın gedişinə şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk və Xidmətin əməkdaşları həyata keçirib.

Belə ki, əvvəlcə PUA-lar mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirilib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb. Teleqram səhifələrində dronların Rusiya hərbi aerodromlarına hücuma necə hazırlandığını göstərən unikal fotoşəkillər paylaşıb. Belə bir əməliyyatın Ukrayna tərəfinin təkbaşına hazırlayıb, həyata keçirə biləcəyi inandırıcı deyil. Şübhəsiz ki, əməliyyat Fransa, Böyük Britaniya və Almaniya xüsusi xidmət orqanları ilə birgə hazırlanıb. Nəzərə almaq lazımdır ki, Almaniyanın yeni kansleri F.Mertzi vəzifə kreslosuna əyləşdikdən dərhal sonra Ukraynaya tədarük etdikləri uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa icazə verən qərarı imzaladı. Hətta F.Mertzi Rusiyaya zərbələr endirə biləcəklərini bəyan edib. Almaniyanın Litvada 5 min nəfərlik ordu yerləşdirməsi F.Mertzin sözdən əmələ keçdiyinə işarə hesab olunur. Almaniya kanslerinin Ukrayna üçün silah çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı Rusiya ilə müharibəyə səbəb ola bilər. Onun adını daşıyan partiyanın lideri Sara Vaqenknext sosial şəbəkə hesabında yazdığı statusunda xəbərdarlıq edib. Və bu qərar artıq Suwalki dəhlizi boyunca yaşayan sərhəd bölgəsinin sakinlərinə də təsir edib (Litvanı Polşa ilə birləşdirir və Kalininqrad vilayətini Belarusla bölür).

“Bild” nəşri yazır ki, insanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıblar. Axı, Qərb ekspertlərinin çoxdankı proqnozlarına görə, “Rusiya NATO-ya hücum edəcək”. Merzin Rusiyaya zərbələr endirmək barədə sözlərindən sonra bu, hər an baş verə bilər. Almaniyada əhali ciddi narahat olmağa başlayıblar. Mertzi sonunda kimi qorxudur? Moskva isə reaksiyasına görə heç qorxmur.

Fransa və Böyük Britaniya Ukraynaya ordu göndərir

Böyük Britaniya və Fransa öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirmək imkanını müzakirə edirlər. Bu barədə “The Telegraph” məlumat yayıb. Nəşrin iddiasına görə, Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron arasında bu məsələ ilə bağlı məxfi danışıqlar aparılır, eyni zamanda Britaniya və Fransa hərbçilərinin Ukraynaya sülhməramlı kimi gətirilə biləcəyi ehtimal edilir: “Starmer və Makron münaqişəni dayandırmaq üçün hər hansı razılaşma əldə edildikdən sonra öz əsgərlərini Ukraynaya sülhməramlılar kimi göndərməyi müzakirə edirlər”.

Bu arada Litva Xarici İşlər Nazirliyi Kiyevin tələbi ilə Ukraynaya qoşun göndərilməsinə icazə verib. Belçika dövləti də Fransa və İngiltərənin rəhbərlik etdiyi “istəklilər koalisiyasına” qoşulmaq qərarına gəlib. Bu barədə Belçikanın müdafiə naziri Teo Franken Aİ xarici işlər və müdafiə nazirlərinin görüşündə bildirib."Biz atəşkəs əldə edildikdən dərhal sonra Böyük Britaniya və Fransa ilə birlikdə "istəklilər koalisiyasının" bir hissəsi kimi Ukrayna ərazisində fəaliyyətə başlamağa hazırıq", - Franken qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qondarma “istəklilər koalisiyası”nı tənqid edərək, onu “müharibə tərəfdarlarının koalisiyası” adlandırıb. O, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer və Polşa lideri Donald Tuskun Ukraynaya dəstək bəyanatlarının arxasında münaqişəni daha da gərginləşdirmək üçün gizli niyyətlərin olduğunu vurğulayıb.Böyük Britaniya və Fransa səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar. Britaniyalıya xəbərdarlıq edilib ki, əgər onun ölkəsi Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə edərsə, biz Britaniyanın istənilən hərbi obyektini - istər Ukraynada, istərsə də ondan kənarda öz hədəfimizə çevirəcəyik.

E.Makron təcrid olunur

Fransa dünyanın istənilən bölgəsində baş verən müharibə və münaqişələrdə əsas icraçılardan biri olaraq iştirak etməsi, bu ölkənin bəşəriyyətə qarşı vandal siyasət yürütdüyünü göstərir. Makron hakimiyyətinin Ukrayna-Rusiya müharibəsini alovlandırmağa daha çox meyil etdiyini müşahidə etmək olar. Çünki Makron rejimi Ukraynaya hərbi, siyasi dəstək göstərməklə kifayətlənməyib, əsgəri heyəti müharibə bölgəsinə göndəriləcəyini bəyan edib. Bu isə üçüncü dünya müharibəsinə yol aça bilər. Artıq Rusiya tərəfi Fransanı hədələyib və Parisin təhlükə ilə üzləşə biləcəyini qeyd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Fransa prezidenti Emmanuel Makronu açıq şəkildə təhqir etməkdən çəkinməyib. Peskov VGTRK telekanalına müsahibəsində Makronun ailəsində baş verən şillə qalmaqalı ilə bağlı maraqlı açıqlama verib. Bildirib ki, əgər qadın ərinə şillə vurursa, bu, heç vaxt səbəbsiz olmur. Amma bu, bizim işimiz deyil: “Peskov onu da qeyd edib ki, Emmanuel və Bricit Makronun ailə münasibətləri ictimai müzakirəyə çıxarılmamalıdır. Makron ailəsinin münasibətləri onların öz işləridir və bu cür məsələlər ictimaiyyət qarşısında müzakirə olunmamalıdır".

Xatırlatmaq üçün qeyd etmək lazımdır ki, qalmaqallı hadisə mayın 26-da Vyetnamın Hanoy şəhərində prezident təyyarəsində baş verib: Fransanın brinci xanımı Bricit Makron təyyarədə həyat yoldaşı, prezident Emmanuel Makronun üzünə şillə vurub. Bundan sonra Bricit Makron təyyarədən enərkən Emmanuel Makronun ona uzatdığı kömək əlini də nümayişkaranə şəkildə rədd edib. Dodaqdan oxuyan ekspertlər həmin vaxt Fransanın birinci xanımının nə dediyini müəyyən edə biliblər. Bu anlar fotoqrafların obyektivlərinə tuş gəlib və qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Bricit Makron təyyarədə həyat yoldaşı, prezident Emmanuel Makronun üzünə şillə vurması onu deməyə əsas verir ki, Makronun Fransa cəmiyyətində olduğu kimi, ailəsində də hörmətdən düşüb. Yaxın vaxtlarda ona qarşı daha açıq təhqir elementlərindən istifadə edilsə, bu, heç də təəccüblü görünməyəcək. Daha doğrusu, artıq Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı yeni etirazların baş qaldırması və əhalinin “istefa” çağırışları ilə meydanlara axışması onu deməyə əsas verir ki, çox yaxın vaxtlarda Fransada yeni hakimiyyət dəyişikliyi baş verəcək. NFP, LFI, PCF və digər siyasi təşkilatların təşkilatçılığı ilə iyunun 17-dən başlayaraq ölkədə kütləvi aksiyaların keçirilməsinə qərara verilib. “Bild” nəşrinin yazdığına görə, “Emmanuel Makron istefa ver”, “Makronsuz Fransa istəyirik” və digər şüarlarla ölkənin 165 şəhər və qəsəbəsində aksiya keçiriləcək. Təşkilatçılar aksiyalar nəticə verənə qədər davam etdirəcəklərini bəyan ediblər. Bu isə onu söyləməyə əsas verir ki, artıq E.Makronun hakimiyyətdə, ümumilikdə isə siyasətdə mövcudluğu özünün sonuna yaxınlaşır.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see159

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri