Icma.az
close
up
RU
Fransa kəşfiyyatı Ukraynada hərəkətə keçdi ABŞ ni əvəz edəcək

Fransa kəşfiyyatı Ukraynada hərəkətə keçdi ABŞ ni əvəz edəcək

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fransa Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edir”.

“AzPolitika” xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu "France Inter" radiosuna müsahibəsində bildirib.

Nazirin bu açıqlaması Donald Tramp administrasiyasının Ukrayna ilə kəşfiyyat bilgilərinin mübadiləsinə fasilə verməklə bağlı qərarından sonra gəlib.

"Amerika agentliklərinin peyk müşahidəsi ilə bağlı köməyi, edilə biləcək hər şey martın 5-i günortadan etibarən dayandırılıb. Bizim kəşfiyyatımız suverendir, özümüzə xas olan imkanlara malikdir. Bizim ukraynalılara kömək etmək üçün istifadə etdiyimiz kəşfiyyat resurslarımız var", - fransalı nazir deyib.

ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasının kompensasiya olunması məsələsinə toxunan Fransanın müdafiə naziri bildirib ki, ukraynalılar ehtiyat toplamağı bilirlər: "Prezident Emmanuel Makron mənə Fransanın müxtəlif yardım paketlərini sürətləndirməyi tapşırıb. Biz avropalılar yalnız bəyanat verməklə qala bilmərik, hərəkətə keçməliyik və ABŞ-nin artıq gəlməyəcək yardımlarını hissə-hissə kompensasiya etməliyik".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru təsdiqləyib ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımın dayandırılması ilə yanaşı, ölkə ilə kəşfiyyat məlumatlarının paylaşılmasını da məhdudlaşdırıb.

"Fox News"a verdiyi şərhdə MKİ-nin direktoru Con Retkliff deyib ki, həm hərbi yardım, həm də kəşfiyyat məlumatlarının paylaşılmasına dair fasilənin səbəbi prezident Trampın Ukrayna dövlət başçısı Zelenskinin sülhə sadiqliyi ilə bağlı narahatlığından qaynaqlanır. Bu narahatlıq keçən həftə “Oval kabinet”də iki lider arasında baş verən uğursuz görüşdən sonra yaranıb.

MKİ direktoru Kiyevlə kəşfiyyat mübadiləsinin hansı aspektlərinin dayandırıldığını açıqlamayıb, lakin Qərb mediası məhdudiyyətlərin əhəmiyyətli olduğunu yazıb.

Britaniyanın "The Daily Mail" qəzeti martın 4-də yazıb ki, Vaşinqton paralel olaraq Böyük Britaniyaya ona ötürülən ABŞ kəşfiyyat məlumatlarının Kiyevdəki hakimiyyət orqanlarına göndərilməsini qadağan edib.

"The Washington Post" qəzetinin ABŞ və Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, bu addım ABŞ kəşfiyyat qurumlarının Kiyevə verdiyi hədəf məlumatlarının paylaşılmasının dayandırılmasını da əhatə edir. Bu məlumatlar ABŞ-nin uzunmənzilli silahlarını və Ukrayna istehsalı olan dronları müharibə zonasındakı Rusiyanın hədəflərinə, o cümlədən Rusiya ərazisindəki hədəflərə yönəltmək üçün istifadə olunurdu.

Fransanın müdafiə naziri Sebastyan Lekornu isə deyib ki, Vaşinqton kəşfiyyat məlumatlarının Kiyevlə mübadiləsini dayandırdıqdan sonra Fransa bunu öz üzərinə götürüb və kəşfiyyat məlumatlarını Kiyevlə paylaşır.

Ağ evdə Trampla mübahisəsindən sonra Zelenskini kəskin tənqid edən Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts "Fox"a deyib ki, ABŞ-nin Ukraynaya hərbi yardımla bağlı tətbiq etdiyi fasilə aradan qaldırıla bilər: "Düşünürəm ki əgər biz bu danışıqları möhkəmləndirə bilsək, danışıqlar istiqamətində irəliləsək və etimadı artıran bəzi tədbirləri masaya qoya bilsək, o zaman prezident bu fasiləni aradan qaldırmağa ciddi şəkildə baxacaq. Biz bilməliyik ki, hər iki tərəf səmimi şəkildə əvvəlcə qismən, sonra isə daimi sülhə doğru danışıqlar aparır".

Demokrat konqresmen, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Cim Hayns bu fasiləni vicdansızlıq adlandırıb.

"Döyüşən və həlak olan ukraynalılardan həyat qurtaran kəşfiyyat məlumatlarını gizlədəcəyimiz fikri bağışlanmazdır. Kəşfiyyat məlumatlarının mübadiləsində istənilən fasilə dərhal dayandırılmalıdır", - o, açıqlamasında bildirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Mart 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri