Fransa klubu “Qarabağ”la matçda əsas oyunçularına istirahət verə bilər
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Fransanın “Lion” komandası UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda aparıcı futbolçularına istirahət verə bilər.
AZƏRTAC Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məşqçisi Pyer Saqenin Bakıdakı matçda daha az oynayan oyunçulara şans verəcəyi gözlənilir. Hücumçu Aleksandr Lyakazett, yarımmüdafiəçi Nemanya Matiç və müdafiəçi Abner Vinisius Bakıdakı qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyə bilərlər. Əvəzində isə bu mövsüm meydanda az vaxt keçirən Vilfred Zaha, Maksans Kakere və Jordan Veretunun oyuna start heyətində başlamaq ehtimalı var.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Lion” matçı saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















