Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bayram və korporativ tədbirlər mövsümündə dərman qəbul edən şəxslərin spirtli içkilərdən istifadə etməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həkim bəzi preparatlarla alkoqolun birlikdə qəbulunun təhlükəli reaksiyalar yaratdığını bildirərək vətəndaşları diqqətli olmağa çağırıb.
BAKU.WS-in məlumatına görə, onkoloq Vladimir İvaşkov özünün "Telegram" kanalında bu məsələyə diqqət çəkib. O, xüsusilə mütəmadi dərman qəbul edən şəxslərin bayram tədbirləri zamanı müalicə rejimini dəyişməməli olduğunu vurğulayıb.
Həkim ABŞ-nin Alkoqoldan Sui-istifadə və Alkoqolizm Problemləri üzrə Milli İnstitutunun (NIAAA) araşdırmasının nəticələrini də xatırladıb. Bildirilib ki, 26 min yetkin amerikalının məlumatlarının təhlili zamanı alkoqol qəbul edən şəxslərin 42 faizinin spirtli içkilərlə uyğun gəlməyən dərmanlardan istifadə etdiyi müəyyənləşib. 65 yaşdan yuxarı insanlarda isə bu göstərici 78 faizə çatıb.
Mütəxəssisin sözlərinə görə, xüsusilə yüksək qan təzyiqi və diabet əleyhinə preparatlar, antidepressantlar, sakitləşdiricilər və yuxu dərmanları alkoqolla qarşılıqlı təsirə girə bilər.
Onkoloq metronidazol, eləcə də sefoperazon və sefotetan kimi antibiotiklər qəbul edilərkən spirtli içkilərdən istifadə etməyin ürəkbulanma, qusma, baş ağrısı, qarın nahiyəsində spazmlar və bədəndə qızartı kimi reaksiyalara yol aça biləcəyini qeyd edib.
Bundan başqa, alkoqol sakitləşdirici və yuxu dərmanlarının tənəffüs sisteminə göstərdiyi zəiflədici təsiri daha da gücləndirə bilər. Bu isə sağlamlıq üçün əlavə təhlükə yaradır.
Həkim belə halların qarşısını almaq üçün dərmanların istifadə təlimatını əvvəlcədən yoxlamağı və zərurət yarandıqda əczaçı ilə məsləhətləşməyi tövsiyə edib. Onun sözlərinə görə, bayram tədbirinə görə dərman qəbulunu dayandırmaq və ya dozanı özbaşına dəyişmək düzgün deyil. Çünki bəzi preparatların təsiri 24 saatdan artıq davam edir və müalicədə fasilə vermək təhlükəli nəticələrə səbəb ola bilər.
Əgər dərmanın qəbulu unudulubsa, növbəti dəfə dozanı ikiqat artırmaq da məsləhət görülmür. Belə vəziyyətdə preparatın təlimatına uyğun hərəkət etmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 25 Noyabr 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















