Fransa küçələri xaos içində! Xalq üsyan qaldırdı
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransada dövlət sektorunda çalışanların uzun müddətdir davam edən narazılığı yenidən küçələrə çıxıb.
Turkustan.az xəbər verir ki, ölkə üzrə dövlət qulluqçuları əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə başlayıblar.
“CNN Türk”ün Fransa müxbiri Arzu Çakır Morinin məlumatına görə, ölkə üzrə, əsasən Parisdə olmaqla, təxminən 170 yerdə nümayiş keçirilib. Etirazlarda dövlət xidmətlərindəki problemlər və qarşıdakı büdcə müzakirələri gündəmə gətirilib.
Məlumata görə, dövlət sektoru işçiləri yay tətilindən sonra yenidən küçələrə çıxıblar. Ölkənin əsas həmkarlar ittifaqlarını birləşdirən “Inter-syndicale” qrupunun çağırışı ilə müxtəlif şəhərlərdə aksiyalar təşkil olunub.
Ən böyük nümayişlər Parisdə keçirilib. Ölkənin ən böyük həmkarlar ittifaqı konfederasiyası CGT tərəfindən təşkil olunan aksiyaya solçu siyasətçi Jan-Lük Melanşon da dəstək verib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:10
Bu xəbər 29 Sentyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















