Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Xarici İşlər Nazirliyi (XİN) Malidə olan vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.
Moderator.az bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda bildirilib.
Fransa XİN bu tövsiyəni aprelin 25-də ölkənin bir sıra bölgələrində baş verən silahlı toqquşmalardan sonra təhlükəsizlik sahəsində qeyri-sabitliyin davam etməsi ilə izah edib. Fransa vətəndaşlarına kommersiya uçuşları ilə ölkədən çıxmaq tövsiyə edilib.
Malidə qalanlara isə nazirlik yaşayış yerlərini tərk etməməyi, qohumları ilə əlaqə saxlamağı və hakimiyyətin məlumatlarını yaxından izləməyi məsləhət görüb. Fövqəladə hallarda Fransa vətəndaşlarına baş konsulluğa müraciət etmələri tapşırılıb.
Xatırladaq ki, aprelin 25-də Mali Ordusunun Baş Qərargahı Bamako da daxil olmaqla hərbi obyektlərə hücumlar barədə məlumat verib. Daha sonra ölkə hakimiyyəti müdafiə naziri Sadio Kamaranın öz iqamətgahına edilən hücum zamanı həlak olduğunu bəyan edib. Keçid dövrü prezidenti Assimi Qoita silahlı qruplaşmalar tamamilə zərərsizləşdirilənə qədər onlara qarşı mübarizənin davam etdiriləcəyinə söz verib.
Baxış sayı:107
Bu xəbər 29 Aprel 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















