Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin Azərbaycana səfəri başlayıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Fransa müstəmləkəçiliyi əsarətində olan ərazilərdə fəaliyyət göstərən media mənsublarının ilk dəfə Azərbaycana səfəri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, iki günlük səfərin təşkilində əsas məqsəd Fransız müstəmləkəçiliyi altında yaşayan müxtəlif regionlardan fəaliyyət göstərən 12 media nümayəndəsinə kommunikasiya üzrə xüsusi təlimin təşkil edilməsi və yerli KİV nümayəndələri ilə təcrübə mübadiləsinin təşkil edilməsidir.
Xarici media mənsubları həmçinin Azərbaycanın beynəlxalq səviyyədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi istiqamətində qlobal mövqeyi, Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti, habelə müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərilən dəstəklə əyani tanış olacaqlar.
Eyni zamanda kolonializm siyasətinin fəsadları haqqında dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması üzrə birgə əməkdaşlıq imkanları araşdırılacaq.
Baxış sayı:132
Bu xəbər 24 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















