Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Fransa növbəti dəfə casus oyunları ilə gündəmdədir: Əlcəzair Parisin planlarını alt üst edir

Fransa növbəti dəfə casus oyunları ilə gündəmdədir: Əlcəzair Parisin planlarını alt üst edir

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əlcəzairlə Fransa arasında gərginlik kritik həddə çatıb. Ölkələr arasında diplomatik qalmaqal Fransaya bağlı kəşfiyyat əməkdaşlarının Əlcəzairdən qovulması ilə gücənib. Hadisə Fransanın ölkə ərazisində törətdiyi soyqırımının növbəti ildönümündən bir gün sonra baş verib. Belə ki, iki fransız casusun diplomatik pasportla Əlcəzairə daxil olduqları, lakin yerli hakimiyyət orqanlarına əvvəlcədən məlumat vermədikləri bildirilib.

Bu, son bir ayda Fransa ilə Əlcəzair arasında baş verən ikinci belə hadisədir. Daha əvvəl Əlcəzair Parisdəki nümayəndəsinin həbsinə cavab olaraq 12 fransız diplomatı ölkədən çıxarmışdı.

Baş verən hadisələr ölkələr arasında münasibətlərin gərginliyindən xəbər verir. Rəsmi Əlcəzair dəfələrlə bəyan edib ki, Fransa ikitərəfli sazişləri, onun hüquqlarını pozur. Yelisey sarayını qarşılıqlı hörmət prinsiplərinə əməl etməyə çağırsa da, reaksiya olmayıb. Ən maraqlısı da odur ki, budəfəki diplomatik qalmaqal dövlət başçılarının telefon danışığından və Fransa diplomatiyasının başçısının Əlcəzairə səfərindən sonra baş verib.

Ümumiyyətlə isə "casus qalmaqallarını" Parisin avantüra siyasətinin tərkib hissəsi də adlandırmaq olar. Yəni Əlcəzairdə baş verənlər ilk hal deyil. Bundan əvvəl analoji hal Azərbaycanda, Mərkəzi Asiyada, Türkiyə və Gürcüstanda da yaşanıb. Həmçinin, Tbilisi Gürcüstandakı Fransa səfirliyini radikal siyasi qruplara maliyyə ayırmaqla onların hökumət əleyhinə fəaliyyətlərini dolayı yolla maliyyələşdirməkdə ittiham edib.

"Ekstremist siyasi qrupların üzvlərinə Fransa səfirliyi pul verdi və bununla, əslində, onların radikal fəaliyyətlərini dolayı yolla maliyyələşdirir. Üstəlik, gözümüzə kül üfürürlər ki, guya bunlar turist marşrutlarını çəkirlər. Halbuki həmin insanlar, əsasən, hökumətin devrilməsi planları ilə məşğuldurlar", - deyə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bugünkü açıqlamasında qeyd edib.

Azərbaycanda isə Fransa şirkəti "Merkorama" MMC-nin baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib və hazırda onun məhkəmə prosesi davam edir. O, indiyə qədər verdiyi ifadələrdə Fransanın əsl mahiyyətini ortaya qoyub.

Bəlli olub ki, Martini casusluğa özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim edən şəxslər (iki nəfər - red.) cəlb ediblər. Əslində isə onlar xarici kəşfiyyat agentləri olublar. Həmin iki agent sonradan Bakıdan qovulub.

Görünür ki, Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşası Prezident Emmanuel Makron üçün dərs olmayıb və Əlcəzair yenidən hədəf seçilib.

Bəs agentləri Əlcəzairə göndərməkdə məqsəd nədir? Ehtimal ki, onlar sui-qəsd, adam oğurluqları təşkil etməyə hazırlaşırmışlar. Gərginliyi artıran Fransada Əlcəzair mənşəli 1-2 milyon, bəlkə də daha çox insanın olmasıdır. Paris onları ölkədən çıxarmağa qərar verib, bu da iki ölkə arasında münasibətlərdə çox ciddi gərginliyə səbəb olub.

Əlcəzairlə Fransa arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərən daha bir səbəb də var. Birinci ehtimal odur ki, Əlcəzair Mərakeşin özünə birləşdirdiyi Cənubi Səhraya iddia edir. Bu mənada, Əlcəzairin Mərakeşlə gərgin münasibətləri var. Makron hökuməti indi Mərakeşi dəstəkləməyə meyillidir və Cənubi Səhranın ona birləşdirilməsi məsələsinə razılaşır. Bu fakt Əlcəzairdə çox aqressiv reaksiya doğurur.

İkincisi, fransız qoşunlar tərəfindən quraşdırılmış milyonlarla mina 60 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Əlcəzair ərazisində qalır. Fransa Əlcəzair ərazisində 14 nüvə sınağı həyata keçirib, partlayışlar həm quruda, həm də havada təşkil edilib. Bütün bunlar Fransa-Əlcəzair münasibətlərini ağırlaşdıran amillərdir.

Qeyd edək ki, Fransa ilə Əlcəzair arasındakı münasibətlər təkcə son illərin gərginliyi ilə deyil, əsrlərlə davam edən zülmlə, qanla, göz yaşları ilə yoğrulub. Mayın 8-də Fransanın Əlcəzairdə törətdiyi qətliamların 80-ci ildönümündə də bildirilib ki, 132 il Fransanın işğal altında qalan Əlcəzair xalqının yaddaşında bu illər dərin izlər qoyub. Həmin vaxt müstəqillik tələb edən əhalinin müstəmləkə hakimiyyəti tərəfindən amansız surətdə yatırılması nəticəsində 45 000-dən çox əlcəzairli öldürülmüşdü. İnsanlar müttəfiqlərin qələbəsini qeyd etmək üçün şimali Əlcəzair şəhəri Setifdə toplaşanda izdiham üzərində Əlcəzair bayraqları və müstəqillik tələb edən şüarlar qaldırılıb.

Fransa hakimiyyəti bu bayraqları endirməyi əmr edib. Nümayiş iştirakçıları imtina edəndə əsgərlər izdihama atəş açıblar. Atışma xəbəri Gelma və Xerrata daxil olmaqla yaxınlıqdakı şəhərlərə yayılıb, orada iğtişaşlar başlayıb. Təxminən 100 fransız müstəmləkəçi öldürülüb. Cavab olaraq, müstəmləkə hakimiyyəti əlcəzairlilərə qarşı amansız repressiyalara başlayıb.

O zaman Fransaya rəhbərlik edən Şarl de Qoll "bütün antifransız hərəkətlərini yatırmaq üçün zəruri tədbirlərə" icazə verib. Ordu və hərbi hava qüvvələrinin dəstəyi ilə müstəmləkə qoşunları kəndləri bombalayıb və bütün bölgədə məhkəməsiz edamlar keçirib. Kişilər, qadınlar və uşaqlar may və iyun ayları boyunca öldürülüblər. Lakin qırğın Əlcəzairin özünütəyin hərəkatının yaranmasına təkan verib. 1 noyabr 1954-cü ildə əlcəzairlilər fransızlara qarşı inqilaba başlayıblar, nəticədə fransızlar 1962-ci ildə müstəmləkəyə müstəqillik verməyə məcbur olublar.

Təəssüf ki, fransız cinayətləri heç vaxt hüquqi qiymətini almayıb. Paris hakimiyyəti peşmanlıq çəkməyə meyilli deyil. Onilliklər sonra Əlcəzair və Fransa arasında münasibətlər gərgin olaraq qalır. Əlcəzair hökuməti dəfələrlə Parisdən Fransanın müstəmləkə cinayətlərinin rəsmi tanınmasını tələb edib. Əlcəzairdəki bir çox siyasətçilər və ictimai xadimlər Fransa dövləti tərəfindən üzr istənilməsində israr edirlər. Əlcəzairin müstəqillik qazanmasından 63 il keçsə də, Fransa hələ də öz müstəmləkə cinayətlərini tanımayıb. Fransız müstəmləkəçiləri Əlcəzairi tərk edərkən ölkədən üçəsrlik bütün arxivləri çıxarıblar - təkcə 130 illik işğala aid olanları deyil, həm də Osmanlı dövrü idarəçiliyinə dair sübutları.

Göründüyü kimi, Fransa hər vəchlə bu ölkədə təsirini geri qaytarmağa çalışır, bu yolda isə hər cür addıma əl atır. Hətta gözləmək olar ki, rəsmi Paris yaxın vaxtlarda Mərakeşlə Əlcəzair arasında da münasibətlərin gərginləşməsinə səbəb olsun.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see195

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see176

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see168

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see161

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see140

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri