Icma.az
close
up
RU
Fransa od içində, ölənlərin və yaralıların sayı dəhşət yaradır TƏHLİL

Fransa od içində, ölənlərin və yaralıların sayı dəhşət yaradır TƏHLİL

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransanın 20-yə yaxın şəhərində aksiya iştirakçıları nəzarəti ələ alıblar

Avropanı cənginə alan ağır, sosial-iqtisadi vəziyyət qitə əhalisini hakimiyyətlərə qarşı etiraz aksiyaları keçirməyə məcbur edir. Artıq qoca qitənin əksər ölkələrində xalq üsyanları hökm sürür. Yüz minlərlə insan seli küçələrə çıxaraq hakimiyyətlərin istefa vermələrini tələb edirlər. E.Makron, F.Mertz kimi hakimiyyətə həris vəzifə mənsubları isə əhalinin istefa tələblərini rədd edirlər. Bu da güc strukturları ilə əhali arasında ciddi qarşıdurmalara gətirib çıxarır. Vəziyyət o dərəcə ağır və idarəedilməz hala gəlib çıxıb ki, NATO ordularından kömək istənilir. Yəni polis qəzəbli əhalini sakitləşdirməkdə çətinlik çəkdiyindən köməyə ordunu cəlb etməyi məqbul hesab edir. Əgər proseslərə ordu qoşularsa, o zaman durumun daha da ağırlaşacağı ehtimal olunur. Çünki ordu əhalini gülləbaran edəcək, bu da yüzlərlə insanın həyatını itirməsi ilə nəticələnəcək. İtkilərlə üzləşən xalqlar daha da qəzəblənəcək və bu da daha böyük dağıntıların və insan itkilərinin baş verməsinə gətirib çıxaracaq. Artıq Fransa və Almaniyada davam edən aksiyalara dəstək olaraq Niderland, İsveçrə, İtaliya, Belçika və Polşa əhalisi küçələrə çıxaraq dövlət və hökumət binalarına, ticarət obyektlərinə hücumlar təşkil edirlər. İtaliyanın Milan, Turin, Bolonya və Berqamo şəhərlərində yüksək qiymətlərə və vergilərə qarşı keçirilən etiraz aksiyaları iğtişaşlara çevrilib. Milan şəhərində əhali Piazza del Duomo meydanına daxil olub və şəhər administrasiyasını ələ keçiriblər. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, etirazçılarla polis arasında baş verən qarşıdurma zaman 12 nəfər aksiya iştirakçısı, 3 nəfər isə polis əməkdaşı həyatını itirib, 1224 nəfər mülki vətəndaş, 236 polis əməkdaşı xəsarət alıb, 1367 nəfər isə həbs edilib.

İtaliyanın Baş naziri Corcia Meloni hadisələr ölənlərin və yaralanların sayının arta biləcəyini ehtimal edib. Baş nazir iğtişaşların dayandırılması üçün orduya əmr verdiyini də gizlətməyib.

20-yə yaxın şəhər aksiya iştirakçılarının nəzarətinə keçib

Bu arada Fransada vəziyyətin son dərəcədə ağır olduğu bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, küçələrdə polis zorakılığından yaralanan onlarla insan təcili yardım gözləyir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkən insanların sayının həddindən artıq çox olması səbəbindən təcili yardım maşınlarının hadisə yerinə çatdırılması mümkün olmur. Ölkədə yaşayış xərclərinin artmasına, təhsildə vəziyyətin ağır olmasından, sosial-iqtisadi durumun ağır olmasına və dövlət xidmətlərinin pisləşməsinə etiraz olaraq keçirilən aksiyalarda baş verən kütləvi iğtişaşlarda 18 min nəfərə yaxın insan həbs olunub. Aksiya iştirakçılarından 36 nəfər həyatını itirib, 468 nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanları arasında zərər çəkənlərin sayının isə 500 nəfərə çatdığı bildirilir.

Hər cür zorakılığa və kütləvi həbslər baxmayaq əhali Makronun devrilməsi istiqamətində səylərini davam etdirirlər. Proseslərin aksiya iştirakçılarının xeyrinə inkişaf etdiyi müşahidə olunur. Çünki Fransanın 20-yə yaxın şəhərində aksiya iştirakçıları nəzarəti ələ alıblar. Bunu Fransanın daxili işlər naziri Loran Nunes təsdiqləyib. Loran Nunesin jurnalistlərə açıqlamasında bildirib ki, Fransada genişlənməkdə olan aksiyalar səbəbində polis bəzi şəhərlərdə vəziyyətə nəzarəti itirib. Nazir etiraf edib ki, hüquq-mühafizə orqanları hadisələrin miqyasını əvvəlcədən tam qiymətləndirə bilməyib.

Fransanın daxili işlər naziri qaçmaq istərkən hava limanında saxlanılıb

Fransada geniş vüsət alan kütləvi etiraz aksiyaları əksər hakimiyyət nümayəndələrində narahatlıqlar yaradıb. Məmurlar aksiya iştirakçılarının Makronu devirib hakimiyyəti zəbt edəcəkləri halda onları cəzalandıracaqlarından qorxurlar. Ona görə də, bir-bir vəzifələrindən istefa verərək ölkənin sərhədlərini tərk edirlər. Məlumata görə, Fransanın daxili işlər naziri Loran Nunes də istefa verərək, aradan çıxmağa çalışıb. Bəzi xarici KİV-lərin yazdıqlarına görə, Loran Nunes Fransadan ABŞ-a qaçmaq istəyib, onu hava limanında saxlayıblar. Diqqətçəkən məqam ondan ibarətdir ki, E.Makron Loran Nunesi fərarilyinə görə həbs etdirməyib. Onunla 1 saat 45 dəqiqəlik təkbətək söhbətdən sonra nazirini ölkədən qaçmaq fikrindən daşındırıb. Hətta nazir olaraq fəaliyyətinin davam etdirilməsinə razı salıb. Bununla bağlı açıqlama verən L.Nunes istefa ərizəsi verməsinin səbəblərini də açıqlayıb və deyib ki, ölkədə baş verən hadisələrə görə məsuliyyət daşıdığını düşündüyü üçün bu addımı atıb. Lakin Fransa Prezidenti Emmanuel Makron nazirin istefasını qəbul etməyib.

Fransada vəziyyət isə getdikcə daha da ağırlaşır. Bu da Avropa ölkələrini ciddi narahat edir. Hətta ABŞ rəsmiləri E.Makrondan könüllü şəkildə istefa verməsini tələb edirlər. ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşımda Fransada baş verən kütləvi iğtişaşlarla bağlı açıqlama verərək ölkə rəhbərliyini sərhədləri bağlamağa və zorakılıqdan çəkinməyə çağırıb.

D.Tramp Fransadakı vəziyyətin miqrasiya ilə əlaqəli olduğunu iddia edərək ölkənin gələcəyi ilə bağlı narahatlığını ifadə edib: “Fransa od içindədir! Tamamilə fərqli dünyadan gələn, qəlbində nifrət daşıyan insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni məhv etdi. Hələ gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün”.

D.Trampın qeyd etdiyi kimi, Fransa od içindədir. Vəziyyət bu templə davam edəcəyi halda Fransa parçalana bilər. Ən azı vətəndaş müharibəsinin baş verə biləcəyi qaçılmazdır.

İ.ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri