Fransa dünya xalqlarına təhlükə yaradır TƏHLİL
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bugünkü reallıq ondan ibarətdir dünyanın az qala bütün qitələrində müharibələr və münaqişələr baş verir. Fəlakətli vəziyyətdən insanlar kütləvi şəkildə öldürülür, şəhər və qəsəbələr, kəndlər dağıdılır. Sağ qalmaq, yaşamaq ümidi ilə əhali kütləvi formada isti ocaqlarını tərk edib, müxtəlif sakit guşələrə üz tuturlar. Bəzən bu cür bir yerdən başqa yerə köçmək istəyi insanlar üçün ölümlə nəticələnir. Rəsmi məlumatlara görə, müharibə və münaqişə bölgələrindən Avropanın və Asiyanın sakit dövlətlərinə qaçmaq istəyən minlərlə insan dənizlərdə ləpələrin qurbanı olurlar və ya müxtəlif xəstəliklərə düçar olub, həyatlarını itirirlər. Dünyada sülhün və təhlükəsizliyin qarantı olduqlarını iddia edən aparıcı dövlətlər baş verən insan faciələrini laqeyd şəkildə izləyirlər. Bəzi hallarda özləri insanların daha acınacaqlı və fəlakətli vəziyyətlə üzləşmələrinə yardımçı olurlar.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın azad, müstəqil dövlət olan Ukraynaya hücumları fonunda yüz minlərlə insanın öldürülməsi və milyonlarla insanın doğma yurd-yuvasını tərk etməsini buna misal olaraq göstərmək olar. Eyni zamanda, Qəzzada ABŞ və İsrailini intensiv bombardmanları nəticəsində minlərlə insanın öldürülməsi və yaşayış məskənlərinin xarabazarlıqlara çevrilməsini əlavə misal kimi qeyd etmək olar. Avropanın aparıcı dövlətləri Almaniya, Fransa və digər dövlətlər sürətlə silahlanırlar. Sual olunur kimə qarşı silahlanırsınız? Kimdən və nədən özünüzü qorumağa çalışırsınız? Fransa və Almaniya açıq şəkildə dünyanın təhdid edirlər. Fransa Ukraynaya qoşun yeridilməsini təklif etməklə, İsrailə Qəzzada yeni qırğınlar törətmək üçün silah yardımlarını artırması müharibənin qızışdırılmasına xidmət edir. Hansı ki, bu cür müharibələr nəticə etibarı ilə insanlığa və bəşəriyyətə fəlakətlər gətirir. Hətta dünyanın nüvə təhlükəsi ilə üzləşməsi halı yarana bilər. Çünki Rusiya açıq şəkildə bəşəriyyəti kimyəvi silahla hədələyir. Rusiya prezidenti Vladimir Putin quyruğunun qapı arxasında olduğunu anladığından “Rusiyasız dünya bizim nəyimizə lazımdır”, - deyə bəşəriyyəti nüvə bombası ilə hədələyir.
Nüvə silahı tətbiq oluna bilərmi?
Araşdırmalarla sübuta yetirilib ki, ötən əsrin 60-cı illərindən dünya təhdid altında olub. Nüvə silahı əldə edən ABŞ, SSR-i kimi dövlətlər bəşəriyyəti kimyəvi silahla məhv edəcəyi hədəsi ilə çıxış ediblər. O dövr də sovetlər birliyinin hegemonluğu fonun da ABŞ-ın timsalında yeni güc mərkəzlərinin formalaşması dünyada iki qütbün yaranmasına gətirib çıxardı. ABŞ -ın Sovet İttifaqına qarşı daha tutarlı və dağıdıcı gücə malik silahların yaradılmasına başlaması və sonda nüvə silahına nail olması ABŞ-ın üstünlüklər əldə etməsinə gətirib çıxardı. Hətta hərbi gücünü nümayiş etdirmək üçün ABŞ 1945-ci ilin avqustun 6-da səhər "Enola Gay" bombardmançısı Yaponiyanın Xirosima şəhərinə "Little Boy" uran atom bombasını atdı. Partlayışın gücü, müxtəlif hesablamalara görə, TNT ekvivalentində 13 ilə 18 kiloton arasında dəyişirdi. 9 avqust 1945-ci ildə isə "Fat Man" plutonium bombası pilot Çarlz Suini tərəfindən Naqasakiyə atıldı. Bunun gücü daha böyük idi və 15-22 kt təşkil edirdi. Bu onun daha inkişaf etmiş dizaynı ilə əlaqədar idi. Dəhşətli hücum zamanı insan itkilərinin sayı dörd yüz min nəfər olduğu bildirilir. Şüa xəstəliyindən ölənlərin sayı isə bu gün də davam etməkdədir. Atom silahından aldığı zərbədən sonra Yaponiya təslim olmağa məcbur oldu. Bu ara da SSRİ-də öz atom bombasını yaratmaq üçün inkişaflar fəal şəkildə aparılırdı. ABŞ hesab edirdi ki, 1950-ci ildən tez yarada bilməyəcək. Lakin 29 avqust 1949-cu ildə Sovet nüvə fiziklərinin işi müvəffəqiyyətlə nəticələndi. Həmin gün partladılan RDS-1 bombası, Qərbdə Stalinin şərəfinə "Co-1" adlandırıldı. SSRİ-də 29 avqust 1949-cu ildə sınaq atom bombası ilə yanaşı, 1949-cu ilin sonuna qədər daha iki, 1950-ci ildə isə daha 9 bomba istehsal edildi. Lakin bütün bu bombalar eksperimental qurğular idi və o dövrdə SSRİ-də onların çatdırılma vasitələri yox idi. 1951-ci ilin yanvar-fevral aylarında daha dörd atom bombası istehsal edildi. Beləliklə, 1951-ci il martın 1-ə qədər SSRİ-də RDS-1 tipli 15 atom bombası mövcud oldu. 1951-ci ilin sonunda ilk üç seriyalı istehsal atom bombası da daxil olmaqla SSRİ-də ümumilikdə 29 ədəd RDS-1 atom bombası istehsal edildi. 24 sentyabr 1951-ci ildə SSRİ-də "502-M" (RDS-2) atom yükünün uğurlu sınağından sonra, 1951-ci ilin sonunda bu tip RDS-2 tipli atom bombalarının istehsalı tam mənimsənildi. 1 yanvar 1952-ci ildə SSRİ-də 35 atom bombası mövcud idi, bunlardan 29-u RDS-1, 6-sı isə RDS-2 idi. SSRİ bu bombaları ABŞ-a yalnız nəzəri olaraq çatdıra bilərdi. Bütün bunlar nüvə yarışı demək idi. Həm də nüvə arsenalına malik dövlətlər dünyanın təhdid etmək və öz siyasi iddialarını reallaşdırmaq imkanlarını qazandılar. Baxmayaraq ki, nüvə silahının yayılmaması haqqında 1 iyul 1968-ci ildə Moskva, Vaşinqton və Londonda imzalanmış müqavilə 1968-ci il iyunun 12-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Müqavilə digər ölkələr üçün də açıqdır. Müqavilə ratifikasiya sənədləri təhvil verildikdən sonra 5 mart 1970-ci ildə qüvvəyə minib. 24 noyabr 1969-cu ildə SSRİ tərəfindən ratifikasiya edilib. Hazırda 190 dövlət Müqavilənin iştirakçısıdır. Hindistan, Pakistan və İsrail Müqaviləyə əvvəldən qoşulmayıb, Şimali Koreya isə sonradan Müqavilədən çıxıb. Rusiya prezidenti Vladimir Putinin bu günlər Şimali Koreyaya rəsmi səfər də olması və bir sıra müqavilələr imzalaması hər iki dövlətin nüvə silahından birgə istifadə etmələri ehtimalı yaradır. Yəni nüvə başlıqlarına sahib olan Şimali Koreya rəsmi Moskvanın razılığı və dəstəyi ilə istənilən vaxt qonşularına qarşı nüvə zərbəsi endirə bilə. Fransanın vaxtaşırı Rusiyanı və Şimali Koreyanı vura biləcəklərinə dair bəyanatlarla çıxış etməsi dünya siyasətində onsuz da gərgin olan durumu daha da gərginləşdirir.
Fransa müharibələri qızışdırmaq yolunu tutub
Diqqətçəkən məqam ondan ibarətdir ki, Fransa dövləti dünyada sabitliyin fəlakətli vəziyyət almasından istifadə etməklə müstəmləkə siyasətini genişləndirməyə çalışır. Bu baxımdan Fransa dünyada insanlığa qarşı vəhşiliklər törədən, şəhər və kəndləri dağıdan dövlət kimi tanınır. E.Makron hakimiyyəti durmaq, dayanmaq haqqında düşünmür. Hər sahədə yeni müharibələr, münaqişələr, vətəndaş qarşıdurmaları yaratmağa çalışır. Fransa hakimiyyətinin törətdiyi vəhşiliklər, amansız qətllər dünyanı düşündürməyə, narahat etməyə başlayıb. Hətta öz ölkəsində belə E.Makrona qarşı nifrət və qəzəb hissi geniş xarakter alır. Fransa Patriotlar Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsində E.Makronu yeni müharibə ocaqları yaratmaqda və hazırkı münaqişələri qızışdırmaqda günahlandırıb: “Fransa prezidenti Emmanuel Makron ölkəsi üçün Rusiyadan daha böyük təhlükə yaradır. Fransada Rusiya təhlükəsi yoxdur. Makronizm və avropaçılıq təhlükəsi var”.
Məlum faktdır, uzun illərdi ki, Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan Kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa Hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq edirdilər. Onlar Fransa Hökumətini dialoqa çağırırdılar və Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyatın məhsulu adlandırırdılar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa Hökuməti layihəni artıq Fransa Parlamentinin hər iki palatasında zorla qəbul etdirib və hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır. Hazırda Yeni Kaledoniyada baş verən hadisələr Fransa Hökumətinin demokratik yola deyil, zor gücünə üstünlük verməsi və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir. Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransa Hökuməti ordunu adaya daxil yeridib. Bunun nəticəsində artıq onlarla insan öldürülüb, yüzlərlə insan isə yaralanıb. Vəhşiliklər isə hələ də davam edir. Makron hakimiyyəti Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətin gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır. Lakin Fransa Hökuməti öz əməllərini gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa Hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib. Fransa rəsmiləri, xüsusən də Daxili işlər və Dənizaşırı ərazilər naziri Jerard Darmanin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək, ən əsası kolonial siyasətdən əl çəkmək əvəzinə başqa dövlətləri ittiham etmək riyakarlıqdır. “Azad fransız mediası” küçədə güllənən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir. Bu isə Fransada azad medianın olmadığını və Makronun sifarişləri əsasında fəaliyyət göstərin KİV-in olduğunu göstərir.
Araşdırmalarla sübuta yetirilir ki, 60 ilə yaxındır ki, Fransa dövləti müstəmləkə altında saxladığı xalqlara, o cümlədən Yeni Kaledoniyada yaşayan əhaliyə divan tutur. Onların elementar hüquq və azadlıqları pozulur. Hesablamaya görə, Fransanın kriminal-hərbi birləşmələri ötən əsrin 70-ci illərindən bu günə qədər 48 min 345 nəfər Yeni Kaledoniya əhalisini xüsusi mansızlıqla öldürüb, minlərələ insanı isə azadlıqlarını tələb etdikləri üçün həbs edərək, zindanlarda cürüdüb. Uzun illərdir Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə çalışır, kanarların sayının azalması üçün orada kolonialistlərin sayı artsın, konakları kənara sıxışdırmaq siyasəti yürüdülür və bu gün baş verənlər məhz bu siyasətə qarşı mübarizədir. Sistemaik problemlərə cavab vermək əvəzinə Fransa Azərbaycanı ittiham edir. Çox vaxt müstəqil media fəaliyyətindən danışan Fransa KİV-ləri də Makronun müstəmləkə altında saxladığı dövlətlər də törətdiyi cinayətlərə haqq qazandırırlar. Bu isə onu bir daha təsdiq edir ki, Fransa hakim zümrə nəinki ölkəsini, ümumilikdə dünyamızı təhlükəyə sürükləyir.
Həbslərə atılsalar da, müxtəlif zorakı vasitələrlə öldürülsələr də, Yeni Kaledoniya əhalisi azadlıq mübarizəsindən geri çəkilməyib. Təbii ki, günün birində bu mübarizə azadlığın, müstəqilliyin əldə edilməsi ilə nəticələnəcək. Fransa güclü zərbə qarşısında Yeni Kaledoniyanın işğalına son qoyub, kanaklara dövlətçiliklərini bərpa etməyə razı olmağa məcbur olacaq. Həm də ümidlər var ki, Fransanın, Almaniyanın və digər irticaçı dövlətlərin susdurulması ilə dünyada sülhə və əmin-amanlığa nail olmaq mümkün olacaq.
İLHAM ƏLİYEV


