Fransa öz maraqlarının təmin olunması üçün erməni məsələsindən alət olaraq istifadə edir DEPUTAT
Icma.az, Sonxeber.az saytına istinadən bildirir.
"Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bir çox mühüm məsələlərə aydınlıq gətirdi".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu, regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinin hər biri aktuallıq təşkil edir:
"Konkret olaraq, Fransanın Ermənistanı silahlandırması məsələsinə gəlincə isə, dövlət başçımız kifayət qədər geniş informasiya imkanlarına malikdir və prosesləri yaxından izləyir, təhlil edir. Ona görə də, narahatlığını dilə gətirir. Yenidən silahlanma, təzəlikcə müharibədən çıxmış, hələ də sülh müqaviləsi imzalanmamış ölkələr arasında gərginliyin artmasına səbəb olur. Milyardlarla maliyyə vəsaiti, quruculuq-bərpa işlərinin əvəzinə silahlanmaya xərclənir. Fransanın apardığı siyasət, davranışları, Cənubi Qafqaz regionunu yenidən qan çanağına çevrilməsinə yönəlib. Bu ölkəni, Azərbaycan və erməni xalqlarının taleyi maraqlandırmır. Burada yeni bir şey yoxdur. Tarixən olduğu kimi, hazırkı vəziyyətdən öz maraqlarının təmin olunmasına çalışır və "erməni məsələsindən" alət olaraq istifadə edir. Cənab Prezidentin, bu təhlükələri görməsi və beynəlxalq ictimaiyyəti məlumatlandırması, son dərəcə böyük əhəmiyyət kəsb edir".
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:94
Bu xəbər 18 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















