Icma.az
close
up
RU
“Fransa özünü düzgün apararsa, Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır” Deputat

“Fransa özünü düzgün apararsa, Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır” Deputat

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Avropa Siyasi Birliyinin sammitləri daha çox ikitərəfli danışıqlar aparmaq baxımından diqqət çəkir. Bu sammit ikitərəfli, üçtərəfli görüşlər üçün faydalıdır. Cənab Prezident İlham Əliyev sammit çərçivəsində intensiv şəkildə yüksək səviyyəli görüşlər keçirdi”. 

Bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “525”ə açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin İtaliyanın Baş naziri Ciorcia Meloni, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Ermənistanın Baş naziri Nikol Paşinyanla və bir çox ölkələrdən olan həmkarları ilə görüşləri baş tutdu:

“Bütün bunlar təbii ki, faydalıdır. Biri var ayrı-ayrı səfərlər edəsən, yaxud qəbullar keçirəsən, biri də var ki, bir tədbir zamanı müxtəlif görüşlər keçirib, danışıqlar aparasan”.

Deputat Avropada Azərbaycana artan maraqdan da danışıb və bunun iki səbəbi olduğunu deyib: “Birincisi, energetika sahəsini qeyd etmək istəyirəm. Azərbaycan hazırda bu sahədə mühüm rol oynayır. Avropa Rusiyanın neft-qazından demək olar ki, imtina edib. Belə olan halda, Avropa təbii maraqlıdır ki, Rusiyanın əvvəlki enerji resurslarını ayrı mənbələrdən təmin etsin. Bu baxımdan Azərbaycan əhəmiyyətlidir. Energetika sahəsində yaranan boşluğu doldurmaq üçün Azərbaycan çox əhəmiyyətlidir. Ölkəmiz İtaliyaya neft-qaz nəqlinə görə birinci yerdədir. Balkan ölkələri, hansılar ki, Rusiyadan neft-qaz sahəsində çox asılı idilər, Azərbaycan demək olar ki, burda təminatçı kimi çıxış edir. Bunlar hamısı təbii ki, əhəmiyyətlidir.

İkinci amil isə odur ki, Avropaya Mərkəzi Asiyaya çıxış lazımdır. Bu çıxış ayrı cür təmin oluna bilməz. Yəni Rusiyadan yollar bağlıdırsa, yeganə çıxış qalır Cənubi Qafqaza. Bunu demək olar ki, Azərbaycan təmin edir”.

Azərbaycan və Fransa prezidentlərinin görüşünü də şərh edən politoloq deyib ki, Parisin Azərbaycan əleyhinə apardığı bütün cəhdlər iflasa uğradı, nə qədər çalışsa da, heç nəyə nail ola bilmədi: “Azərbaycan, ümumiyyətlə Fransanın Cənubi Qafqazdan əlini kəsdi. İndi gördü ki, ona əhəmiyyət verilmədən Azərbaycan və Ermənistan razılığa gəliblər və tərəflərin razılaşmasını Makrondan qat-qat üstün mövqedə olan ABŞ Prezidenti dəstəklədi. Yəni bütün pisliklər elə Fransanın özünə qaldı. İndi barışıq üçün addım atdı, Azərbaycanın süni şəkildə Fransa ilə münaqişə yaratmasına, nəsə etməsinə ehtiyac yoxdur. Fransa özünü düzgün apardığı halda, Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır. Sadəcə olaraq Fransanın yerini bir çox məsələlərdə İtaliya tutub. Fransa indi çox çalışmalıdır ki, itirilmiş mövqelərini Azərbaycanda bərpa etsin”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri