Icma.az
close
up
RU
Fransa parlamenti ölkənin baş nazirinə etimadsızlıq votumunu dəstəkləməyib AZƏRTAC

Fransa parlamenti ölkənin baş nazirinə etimadsızlıq votumunu dəstəkləməyib AZƏRTAC

Bakı, 17 yanvar, AZƏRTAC

Fransa qanunverici orqanında keçirilən səsvermədə ölkənin baş naziri Fransua Bayruya etimadsızlıq votumu rədd edilib.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivenin açıqladığı nəticələrə görə, etimadsızlıq tərəfdarları tələb olunan 289 səsdən yalnız 131-ni toplaya bilib. Bu, qanunvericilərin 2024-cü il dekabrın 23-də hökuməti formalaşdıran Fransua Bayruya etimadsızlıq votumu üçün ilk cəhdidir.

Yanvarın 14-də baş nazirin siyasi məsələlərlə bağlı çıxışından sonra Fransanın solçu partiyası ona qarşı etimadsızlıq səsverməsi keçirilməsini təklif edib, lakin Sosialist Partiyası bu məsələdə müttəfiqini dəstəkləməyəcəyini bildirib.

Xatırladaq ki, Mişel Barnye etimadsızlıq votumu aldıqdan sonra Emmanuel Makron dekabrın 13-də Fransua Bayrunu Fransanın yeni baş naziri təyin edib.

seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri