Icma.az
close
up
RU
Fransa prezidentləri arasında tək prezidentdir ki, qlobal siyasətdə qərəzli mövqeyi və zəif imici var

Fransa prezidentləri arasında tək prezidentdir ki, qlobal siyasətdə qərəzli mövqeyi və zəif imici var

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Fransa ümumiyyətlə tarixi boyu ermənipərəst mövqedə olub. Orada kök salmış ermənilər zaman-zaman təşkilatlanaraq, Fransa ictimai-siyasi həyatına nüfuz edə biliblər. Onlar mafiyalaşmış formada siyasətçiləri ələ almaq, təhdid etmək, terror və sair vasitələrlə məqsədə çatmaq üçün bütün yollara əl atıblar. Bu səbəbdən də, Fransa siyasətçiləri də Fransua Mitteran, Jak Şirak, Sarkozi, Oland da heç vaxt Azərbaycanpərəst olmayıblar. Ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə bağlı münasibətlərdə selektiv yanaşma ortaya qoymayıblar. Lakin Makron hakimiyyətə gəldikdən sonra bu dövlət açıq-aydın əsasən də Azərbaycana düşmənçilik siyasəti həyata keçirməyə başladı. Hətta ermənidən artıq erməni olmaq iddiasına düşdü. Həyata keçirmək üçün də bütün çirkin və ədəbsiz yollara əl atdı. Təsəvvür edin ki, Ermənistan özü tarixi torpaqlarımızda virus kimi yayılmağa çalışan keçmiş qondarma respublikanı tanımadı, amma Fransanın iki parlamentinin qolu siyasi əxlaqsızcasına onu tanıyan qətnamə qəbul etdi. Bu da "ağa qara demək" formasında siyasi ədəbsizlik nümunəsi idi. Bu məsələlərdə Fransa dövlətinin parlamentə böyük təsiri olub”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, bu gün bu münasibətlər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və bir günlük lokal antiterror tədbirlərindən sonra daha şiddətli hala gəldi.

Vüqar İskəndərov

“Fransa hər vəchlə Azərbaycanfob, Türkiyəfob, islamafob siyasətini ən pik nöqtəyə çatdırdı və artıq emosiyalara qapılaraq, Makron bütün dünyaya özünün naşı siyasətçi olduğunu tam göstərə bildi. Bravo Makron, sən bunu bacardın. Fransa prezidentləri arasında yeganə prezidentsən ki, hakimiyyətə gəldiyin gündən bu günə qədər sənə qarşı olan iğtişaşlar dayanmayıb. Yeganə prezidentsən ki, reytinqin seçildiyi gündən bu günə qədər həmişə aşağı düşüb. Yeganə prezidentsən ki, qlobal siyasətə nüfuz etməyə çalışmısan və həmişə özünü çox çətin vəziyyətə salmısan.

Bu siyahını uzatmaq da olar, amma əsasən də Azərbaycana münasibətdə sərgilədiyi qərəzli siyasətin cavabını da Azərbaycan tərəfindən, Azərbaycan prezidenti tərəfindən elə formada alıb ki, Makron artıq cığal uşaqlar kimi bütün siyasi əndazəni aşaraq, artıq idarə olunmadan hər şeyə əl atmağa çalışır”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri