Fransa qızıl ehtiyatlarının 129 tonunu Nyu Yorkdan geri qaytardı
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa Mərkəzi Bankı Nyu-Yorkda saxlanılan 129 ton qızılı Parisə geri qaytarıb.
BAKU.WS xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, əməliyyat 2025-ci ilin iyulundan 2026-cı ilin yanvarınadək həyata keçirilib. Bu müddətdə ABŞ-də saxlanılan aktivlər satılıb, əvəzində müasir standartlara uyğun qızıl külçələri alınaraq Fransaya yerləşdirilib. Nəticədə təxminən 13 milyard avro gəlir əldə olunub.
Rəsmi qurumlar qərarın siyasi motivli olmadığını, bunun ehtiyatların yenilənməsi və Avropa daxilində əməliyyatların daha rahat aparılması məqsədi daşıdığını bildirir.
Bununla belə, ekspertlər bu addımı daha geniş geosiyasi proseslərlə əlaqələndirir. 2022-ci ildə Rusiya aktivlərinin dondurulmasından sonra ölkələrin qızıl ehtiyatlarına nəzarəti gücləndirmək istəyi artıb.
Qeyd olunur ki, Almaniya, İtaliya, Hindistan, Polşa, Macarıstan və digər ölkələr də qızıl ehtiyatlarını öz ərazilərinə qaytarmaq istiqamətində addımlar atır və ya belə planlarını açıqlayıblar.
Analitiklərin fikrincə, bu tendensiya ABŞ-ə olan maliyyə etimadının zəifləməsi və ölkələrin iqtisadi suverenliyini gücləndirmək istəyi ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 31 Mart 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















