Fransa qoşunlarının çıxarılmasının bir hissəsi olaraq Çaddakı hərbi bazalarından birini təhvil verib
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çadın Faya-Larqeau şəhərindəki Fransa hərbi bazası fransız qoşunlarının Afrika ölkəsindən çıxarılması çərçivəsində Çad ordusunun nəzarətinə keçib. Bu barədə AFP agentliyi Çad Baş Qərargahına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Faya-Larqeau bazasında yerləşdirilən fransız əsgərləri Çadın paytaxtı N'Djamenaya yönləndirilib. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı agentliyə bildirib ki, “bazanın köçürülməsi Çad hakimiyyəti ilə razılaşdırılaraq müəyyən edilmiş qrafikə uyğun həyata keçirilir”.
Çad Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Fransanın Fay-Largeau, Abeche və N'Djamena şəhərlərindəki bazalarından hərbi texnika yanvar ayına qədər Kamerunun Duala limanı vasitəsilə Fransaya göndərilməlidir.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Dekabr 2024 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















