Fransa SEZAR ları Ermənistana verdi Bu tarixdə nümayiş olunacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Ermənistan Fransadan ilk SEZAR artilleriya sistemlərini alıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Defense24” saytı yazıb.
Sayt qeyd edib ki, SEZAR-ların Ermənistana verilməsi təkcə hərbi təchizat yox, Fransanın Cənubi Qafqaza daha genişmiqyaslı hücumunun bir hissəsidir: “Paris regionda Rusiyanın təsirini zəiflətməyə və Ermənistanın uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevrilməyə çalışır”.
Bildirilib ki, Fransanın Ermənistana dəstəyi siyasi bəyanatlardan konret hərbi əməkdaşlığa doğru inkişaf edir.
“SEZAR-ların ilk partiyası artıq Ermənistanın əlindədir və Respublika Günündə (28 may) keçiriləcək paradda təqdim etməyə hazırlaşırlar. Məlumatlara görə, Ermənistan Fransadan 36 ədəd SEZAR almaq istəsə də, nə qədər artilleriya sisteminin çatdırıldığı məlum deyil. Hərçənd, istiqamət məlumdur: Ermənistan Fransa artilleriyasına, hava hücumundan müdafiə sistemlərinə, ümumilikdə hərbi təchizatda Qərb standarlarına doğru irəliləyir”, - sayt yazıb./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 13 May 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















