Icma.az
close
up
RU
Fransa, Türkiyə, indi də İtaliya Yeni universitetlər təhsilimizə nə vəd edir?

Fransa, Türkiyə, indi də İtaliya Yeni universitetlər təhsilimizə nə vəd edir?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycan təhsilində beynəlxalq əməkdaşlıq dalğası genişlənir. Türkiyə-Azərbaycan, Fransız-Azərbaycan və nəhayət, tədris binası yeni açılan İtaliya–Azərbaycan Universiteti bu zəncirin davamıdır.

İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.

Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.

Birgə yaradılan universitetlər infrastruktur, akademik tərəfdaşlıq və beynəlxalq diplom imkanları ilə ölkənin ali təhsil məkanında yenilik hesab olunur. Ekspertlər bildirirlər ki, belə layihələrin davamlı yerli elmi potensialın sistemə inteqrasiyası ilə mümkündür. 

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, İtaliya Prezidentinin Azərbaycana səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışı ölkəmizin təhsil və beynəlxalq əməkdaşlıq tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, sözügedən təşəbbüs təkcə yeni bir ali məktəbin fəaliyyətə başlaması demək deyil, həm də Azərbaycanın İtaliya, bütövlükdə isə Avropa ilə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirən, bilik və təcrübə mübadiləsinə geniş meydan açan layihədir.

“Azərbaycan uzun illərdir ki, təhsilin beynəlmiləlləşməsini öz inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirib. Müasirdövrdə  bilik və innovasiya milli sərhədləri aşaraq ümumbəşəri dəyərə çevrilib. Bu baxımdan, ikitərəfli universitet layihələri ölkəmizə təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni elmi yanaşmaların tətbiqi və müasir kadrlara tələbin ödənilməsi baxımından mühüm imkanlar qazandırır. İtaliya kimi qədim universitet ənənələrinə malik bir ölkə ilə əməkdaşlıq gənclərə Avropa standartlarına uyğun təhsil almaq imkanı verir, eyni zamanda Azərbaycan universitetlərinin də beynəlxalq reytinqlərdə daha öncul mövqeyə çıxmasına şərait yaradır”.

O həmçinin bildirib ki, İtaliya–Azərbaycan Universitetinin fəaliyyəti tələbə və müəllim mübadiləsi baxımından da xüsusi əhəmiyyət daşıyacaq.

“Tələbələr həm Azərbaycanda, həm də İtaliyada təhsil alaraq Avropa ali məktəb sisteminin üstünlüklərindən yararlanacaqlar. Bu, yalnız fərdi inkişaf üçün deyil, həm də ölkənin gələcək intellektual potensialının inkişafı üçün də mühüm amildir. Paralel olaraq, birgə diplom proqramlarının təşkili Azərbaycan gənclərinə həm milli, həm də beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazandıracaq”.

Deputat onu da nəzərə çatdırıb ki, təbii olaraq, elm və innovasiya müstəvisində də bu əməkdaşlıq diqqətəlayiqdir:

“Universitet yalnız tədris ocağı deyil, həm də tədqiqat və inkişaf mərkəzi kimi fəaliyyət göstərəcək. Enerji, texnologiya, mühəndislik, memarlıq və incəsənət sahələrində İtaliyanın zəngin təcrübəsi Azərbaycana ötürüləcək, yerli alim və mütəxəssislər üçün yeni imkanlar açılacaq. Bu isə milli innovasiya sisteminin inkişafına güclü təkan verəcək”.

Onun fikrincə, digər bir mühüm aspekt mədəniyyətlərarası dialoqdur:

“Təhsil sahəsində əməkdaşlıq ölkələr arasında yalnız iqtisadi və elmi deyil, həm də humanitar münasibətləri gücləndirir. Gənclərin birgə layihələrdə iştirakı, müxtəlif xalqların bir-birini daha yaxından tanıması xalqlar arasında qarşılıqlı etimadın və dostluğun möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu təşəbbüslə bir daha göstərir ki, mədəniyyətlərarası əməkdaşlıq və humanitar diplomatiya onun xarici siyasətinin mühüm dayaqlarındandır”.

Yekun olaraq deputat vurğulayıb ki, İtaliya-Azərbaycan Universiteti ölkəmizin gələcəyinə qoyulan strateji investisiyadır:

“Bu layihə həm gənclərə yüksək keyfiyyətli təhsil almaq imkanı verir, həm elmi-innovativ əməkdaşlığı gücləndirir, həm də iki xalqı mədəni və humanitar baxımdan bir-birinə daha da yaxınlaşdırır. Azərbaycanın müasir inkişaf kursu, təhsilin qlobal meyarlara uyğunlaşdırılması və intellektual potensialın gücləndirilməsi baxımından bu addım mühüm əhəmiyyət kəsb edir”,- deyə E.Mirzəbəyli bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri