Icma.az
close
up
RU
Fransa Ukraynanın AB xaricində silah alışını məhdudlaşdırmaq istəyir

Fransa Ukraynanın AB xaricində silah alışını məhdudlaşdırmaq istəyir

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Ukraynanın AB xaricində silah alışını məhdudlaşdırmaq istəyir

Fransa, Ukraynanın Avropa krediti ilə AB xaricində silah almasına imkan verən istisnaların qüvvədə qalmasını məhdudlaşdırmağa çalışır. Oxuməni.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Söhbət 2026-2027-ci illər üçün AB ölkələri tərəfindən təsdiqlənmiş 90 milyard avroluq Ukrayna Dəstək Kreditindən gedir. Bu məbləğin 60 milyard avrosu birbaşa hərbi yardım, 30 milyard avrosu isə iqtisadi dəstək üçün nəzərdə tutulub.

Kredit qaydalarına görə, Ukrayna müdafiə məhsullarının dəyərinin 35%-dən çoxunu AB və Avropa İqtisadi Bölgəsi xaricində alışlara xərcləyə bilməz. Lakin, Avropa ekvivalentləri mövcud olmadıqda və ya yerli istehsalçılar tələb olunan miqdarda istehsal edə bilmədikdə, Kiyev istisnalar tələb etmək hüququna malikdir.

Avropa Komissiyası hazırda AB-nin daxili istehsal gücü yetərli olmadığı üçün Ukrayna üçün iki belə istisnanı təsdiqləyib: biri Çin dron komponentləri, digəri isə Amerika Patriot tutucu raketləri üçün.

Fransa bu istisnaların müvəqqəti qalmasında və maliyyələşdirmənin zamanla Avropa müdafiə sənayesinə yönəldilməsində israr edir. Paris, Patriot-a bənzər hesab edilən Fransız-İtaliya SAMP/T sistemlərinin istehsalı da daxil olmaqla, Avropanın ən güclü müdafiə sənayelərindən birinə sahibdir.

Eyni zamanda, Şimali və Şərqi Avropadakı bir neçə ölkə bu cür məhdudiyyətlərə qarşı çıxır. İyul ayında doqquz ölkənin - Almaniya, Polşa, İsveç, Finlandiya, Hollandiya, Danimarka, Estoniya, Latviya və Litvanın müdafiə nazirləri Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas və Avropa Müdafiə Komissarı Andrius Kubiliusa Kiyev üçün maksimum satınalma azadlığı tələb edən məktub yazdılar.

Məmurlar məktublarında vurğulayıblar ki, "Məhsul siyahılarının tez bir zamanda təsdiqlənməsinin, xüsusən də üçüncü ölkələr tərəfindən istehsal olunan materialların tədarükü üçün güzəştlərin (imtinaların) praqmatik istifadəsi yolu ilə vacib olduğunu vurğulamağa davam edirik".

Xatırladaq ki, Prezident Vladimir Zelenski Böyük Britaniya və Fransanın Ukraynaya Storm Shadow/SCALP raketlərinin öz istehsalı üçün lisenziya verməyə razılaşdığını açıqlayıb.

Dövlət başçısı daha əvvəl Ukraynanın kiçik bir partiya Patriot raketləri aldığını açıqlayıb.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 26 Avqust 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri