Fransa və Əlcəzair arasında immiqrasiya sazişi yenidən müzakirə olunacaq
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paris, 4 noyabr, AZƏRTAC
Fransanın Baş naziri Sebastyən Lökornü bugünkü açıqlamasında 1968-ci il Fransa–Əlcəzair immiqrasiya sazişinin ləğv edilməsinin əleyhinə olduğunu, lakin onun mümkün qədər tez, yenidən müzakirələrə çıxarılmasını istədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu bəyanat ötən həftə Fransa Milli Assambleyasında deputatların həmin sazişi pisləyən və ləğvini tələb edən simvolik qətnamə qəbul etməsindən sonra verilib.
Qətnamə hüquqi qüvvəyə malik olmasa da, Fransa siyasətində immiqrasiya məsələsi ətrafında gərginliyi bir daha gündəmə gətirib.
“Mən bu sazişin ləğvinə inanmıram, lakin onun yenidən danışıqlara çıxarılmasına inanıram. Bu danışıqlar mümkün qədər tez başlamalıdır”, - deyə S.Lökornü vurğulayıb.
1968-ci ildə imzalanmış Fransa–Əlcəzair sazişi, Əlcəzair vətəndaşlarına Fransa ərazisində imtiyazlı immiqrasiya rejimi təqdim edir. Bu çərçivədə Əlcəzair vətəndaşları digər ölkə vətəndaşlarına nisbətən daha asan şəkildə Fransada yaşamaq və işləmək icazəsi ala bilirlər. Lakin son illərdə sazişin şərtləri, xüsusilə də miqrasiya siyasətinin sərtləşdirilməsi tənqid olunur. Tənqid edənlərin fikrincə, razılaşma artıq tarixi kontekstdən uzaqlaşıb və müasir reallıqlara cavab vermir.
Baş nazir Lökornü isə bu sənədin tamamilə ləğv edilməsinin əvəzinə, “Fransa və Əlcəzair arasında tarazlı, qarşılıqlı hörmətə əsaslanan yeni bir çərçivə” ilə əvəzlənməsinin daha məqsədəuyğun olduğunu deyib.
Yeni danışıqların nə vaxt başlanacağı hələlik dəqiq məlum olmasa da, Parisin bu istiqamətdə diplomatik kanalları tezliklə aktivləşdirməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 Noyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















