Fransa və İspaniyada fəlakət: 130 min insan təxliyə edildi (Foto)
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa və İspaniyada davam edən güclü isti hava dalğası meşə yanğınlarını daha da şiddətləndirib.
Milli.Az xəbər verir ki, alovların yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən ümumilikdə 130 mindən çox insanın təxliyəsinə qərar verilib.
Fransanın cənub-qərbində vəziyyət xüsusilə kritikdir. Atlantik okeanı sahilində yerləşən məşhur Kap Ferre yarımadasının tam boşaldılması barədə göstəriş verilib. Əsasən turistlərdən ibarət təxminən 110 min nəfər avtomobillər və qayıqlar vasitəsilə təhlükəsiz ərazilərə köçürülür.
Yanğınların söndürülməsi üçün ordu da əməliyyatlara cəlb olunub. Rəsmilər bildirirlər ki, alov "konvektiv yanğın" xarakteri daşıyır və küləyin təsiri ilə qəfil istiqamət dəyişərək sürətlə yayılır. Hazırda yanğının Bordo istiqamətində irəlilədiyi qeyd edilir. Bu mövsüm Fransada artıq 14 mindən çox hektar meşə sahəsi yanıb.
İspaniyada isə Madridin qərbində yerləşən dağlıq ərazilərdə iki böyük meşə yanğını birləşərək daha geniş əraziyə yayılıb. İki mindən çox yanğınsöndürən və 10 xüsusi təyyarənin müdaxiləsinə baxmayaraq, alovu nəzarət altına almaq mümkün olmayıb.
Təhlükə ilə əlaqədar bölgədə yaşayan 19 mindən çox sakinin təxliyəsinə göstəriş verilib. Yanğın nəticəsində ən azı 43 ev tamamilə külə dönüb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 25 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















