Icma.az
close
up
RU
Fransa xaosa sürüklənir: Makron istefa verəcək?

Fransa xaosa sürüklənir: Makron istefa verəcək?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Fransa Baş naziri Mişel Barnierin istefasından sonra müxalifət prezident Emmanuel Makronun da istefa verməsini tələb edib.

Modern.az-ın məlumatına görə, müxalifət ölkədə yaranan siyasi böhrana görə Makronun məsuliyyət daşıdığını bildirib.

“İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının lideri Matilda Pano növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirib. “Xaosun günahkarı biz deyil, 7 ildir ölkəyə rəhbərlik edən Emmanuel Makrondur. Növbədənkənar prezident seçkiləri lazımdır”, - deyə o bildirib.

Fransa mətbuatında yer alan məlumata görə, sorğularda da xalq Makronun istefa verməsini tələb edir. “Cluster 17”nin apardığı sosial sorğuda qeyd edilir ki, fransızların 50 faizi Makronun istefasını istəyir.

Sorğuya görə, fransızlar Mişel Barnier hökumətinə senzura tətbiq edilməsi ilə bağlı ciddi fikir ayrılığına malikdirlər. Bu, partiyaların öz seçicilərini birləşdirə bilməməsini əks etdirir. Fransızların 36%-i düşünür ki, hökumətə qarşı senzura prezident E.Makronun Baş nazir təyin etməkdə səhv seçim etməsindən qaynaqlanır.

Qeyd edək ki, Fransada bir çox sahənin işçiləri yeni büdcədən narazıdır. Dəmiryolçular və təsərrüfat işçilərindən sonra dövlət qulluqçuları, məktəblər, xəstəxanalar, energetika və hava yolları işçiləri də tətilə başlayır. Onlar 2025-ci il büdcə layihəsində qənaət tədbirlərinə qarşı çıxır, dövlət qulluğu üçün daha çox insan və maliyyə resursları tələb etmək üçün nümayişlər planlaşdırılır.

Makron ötən gün televiziya ilə xalqa müraciət edib və tezliklə müasir Fransa tarixinin ən qısa müddətli baş naziri olan Barnierin varisini təyin edəcəyini bildirib.

O, prioritet məsələnin gələn ilin büdcəsi olduğunu deyib. Qeyd edək ki, Fransa parlamenti hələlik hökumətin təqdim etdiyi büdcəni təsdiqləməyib.

Macron siyasi böhrana görə məsuliyyət daşıdığını inkar edib. Mərkəzçi partiyanı təmsil edən prezident bildirib ki, ifrat sağçı və solçu partiyalar Barnieri hakimiyyətdən kənarlaşdırmaqla “qarışıqlıq” yaratmaq üçün “anti-respublika cəbhəsində” birləşiblər.

O, istefa ilə bağlı çağırışlara müqavimət göstərib və 2027-ci ilin mayında səlahiyyət müddəti başa çatana qədər vəzifəsində qalacağını bir daha təsdiqləyib. “Sizin mənə verdiyiniz mandat 5 ildir və mən onu sona qədər yerinə yetirəcəyəm”, - Makron qeyd edib.

Yeri gəlmişkən "Le Parisien" qəzeti yazır ki, Macron cümə axşamı Fransa mediası tərəfindən Barnierin mümkün varisi kimi qeyd edilən Fransua Bayrou ilə nahar edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri