Icma.az
close
up
RU
Fransada 160 min ev işıqsız qalıb, Kann Film Festivalında xaos yaranıb

Fransada 160 min ev işıqsız qalıb, Kann Film Festivalında xaos yaranıb

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində elektrik enerjisinin kəsilməsi gündəlik həyatı dayandırıb. Kann kinofestivalının keçirildiyi Kann şəhəri də qaranlığa qərq olub, internet kəsilib, kredit kartları işləməyib, böyük xaosa səbəb olub.

Bizimyol.info "turkiyegazetesi"nə istinadən xəbər verir ki, Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində elektrik enerjisinin kəsilməsi dünyaca məşhur Kann Film Festivalı proqramının ləğvinə səbəb olub.

Bildirilib ki, qəzaya ərazidəki transformator mərkəzində baş verən yanğın səbəb olub. Lakin rəsmi orqanlar hələlik yanğının səbəbləri ilə bağlı dəqiq açıqlama verməyib.

Fransanın iki aparıcı media qurumu olan "France Info" və "BFMTV" sözügedən yanğının texniki nasazlıq deyil, qəsdən törədildiyi barədə qiymətləndirmələrini ictimaiyyətə çatdırıb. Hər iki media orqanı hadisədə yandırma şübhəsini artırıb. Yanğından sonra elektrik xətlərinə böyük ziyan dəyib, səlahiyyətlilər hadisə yerində texniki və cinayət araşdırmalarını davam etdirir.

Səlahiyyətlilər Kann və ətraf şəhərlərdə təxminən 1600 evin işıqsız qaldığını bildirib.

Kəskinlik təkcə elektrik enerjisi ilə məhdudlaşmayıb. İnternet bağlantısı kəsildi, "WhatsApp" və digər məşhur mesajlaşma proqramları oflayn olub. Telekommunikasiya operatorları mobil data xidmətlərində fasilələr olduğunu bildiriblər.

Hadisə keçən ay İspaniya və Portuqaliyada milyonlarla insanın elektrik kəsilməsini təsirinə məruz qalmasını xatırladıb. Üç ölkədə eyni vaxtda baş verən bu cür infrastruktur problemləri Avropanın enerji təhlükəsizliyində kövrəkliyini ön plana çıxarıb.

"Variety" jurnalının verdiyi məlumata görə, Palais des "Festivals et des Congrès" binasında qəza generatorları işə salınıb. Təşkilat komandası bağlanış mərasiminin planlaşdırıldığı kimi şənbə günü keçiriləcəyini açıqlayıb.

Elektrik enerjisinin kəsilməsi səbəbindən ləğv edilən proqramların yenidən təşkil edilib-edilməyəcəyi ilə bağlı dəqiq açıqlama verilməyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri