Kinematoqrafçılarımız 78 ci Kann Film Festivalında
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytı olan kinoyazar.az mayın 13-dən 24-dək keçiriləcək 78-ci Kann Beynəlxalq Film Festivalında akkreditasiyadan keçib.
Kulis.az xəbər verir ki, saytı müəlliflərindən biri, kinotənqidçi Hacı Səfərov təmsil edərək, festivalda təqdim olunan filmlər haqqında eksklüziv reportajlar hazırlayacaq. Bu hadisə Azərbaycan kinoşünaslığı və mətbuatında bir ilkdir.
Yerli kinotənqidçilərin beynəlxalq festivallarda iştirakına dəstək gələcəkdə də davam edəcək. Bu addım Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin möhkəmlənməsi ilə yanaşı, ermənilərin bizə qarşı olan təxribatlarının qarşısının alınmasında da yardımçı olacaq. Dünya kinosunun tərkib hissəsi olmaq Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas məqsədlərindən biridir.
Qeyd edək ki, Kann Beynəlxalq Film Festivalının builki münsiflər heyətinin sədri, aktrisa Jülyet Binoşdur.
Bu gün İlaxır çərşənbədir Pamela Andersonun yeni filmi Aktrisadan Mikki Rurka qarşı ittiham
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















