Icma.az
close
up
RU
Fransada etiraz aksiyaları genişlənir, saxlanılanların sayı artır

Fransada etiraz aksiyaları genişlənir, saxlanılanların sayı artır

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 10 sentyabr, AZƏRTAC

Fransada hökumətin 2026-cı il büdcə layihəsinə qarşı sosial şəbəkələrdə yaranan və sürətlə yayılan “Hər Şeyi Bloklayaq” hərəkatı çərçivəsində keçirilən etiraz aksiyaları sentyabrın 10-da daha da intensivləşib. Blokadalar, yolların bağlanması və strateji infrastrukturlara müdaxilələr ölkə üzrə ciddi narahatlıq yaradıb.

AZƏRTAC xəbər verir ki, ölkə üzrə 50-dən çox bloklama əməliyyatı həyata keçirilib. Aksiyalar əsasən şəhərlərin kənar yollarında, əsas magistrallarda, həmçinin tramvay və avtobus depolarında baş verib.

Magistral avtomobil yolları, çaylar üzərindəki körpülər yandırılan barrikadalarla bağlanıb.

Fransanın daxili işlər naziri vəzifəsindən istefa vermiş Brüno Rötayo bu hadisələrlə bağlı sərt mövqe bildirib. “Bu dəqiqəyə qədər təxminən 200 nəfər saxlanılıb. Bu hadisələri qətiyyətlə pisləyirəm, bunlar qəbuledilməzdir”, - deyə o vurğulayıb.

Brüno Rötayo səhər saatlarında ölkə üzrə 80 min polis və jandarmın səfərbər olunduğunu, onlara dronlar, helikopterlər və zirehli texnikalar vasitəsilə dəstək verildiyini deyib. O qeyd edib ki, blokadaların qarşısı sürətli və çevik şəkildə alınmalıdır: “Hüquq-mühafizə orqanlarına dəqiq göstəriş verilib: müdaxilə edin, sürətli və çevik olun. Strateji infrastrukturların bloklanmasına yol verilməyəcək”.

O, bəzi siyasi qüvvələrin qiyam yaratmaq cəhdlərini də sərt tənqid edib.

Qeyd edək ki, Fransanı bürüyən etiraz aksiyasının səbəbi büdcə layihəsi, bayramların ləğvi və sosial kəsintilərdir. “Hər Şeyi Bloklayaq” hərəkatı 2025-ci ilin yayında sosial şəbəkələrdə formalaşaraq genişlənib. Etirazçılar, istefa vermiş Baş nazir Fransua Bayru hökumətinin planlaşdırdığı 2026-cı il büdcəsini hədəf alırlar. Bu hərəkatın hər hansı bir siyasi partiya və ya həmkarlar ittifaqı ilə əlaqəsi yoxdur. Təşkilatçılar iştirakçıları vətəndaş itaətsizliyi və simvolik məkanlara nəzarətin ələ alınması ilə etirazları davam etdirməyə çağırırlar.

Sentyabrın 18-də isə ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsi və müxtəlif müəssisələrdə tətil elan olunması nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri