Icma.az
close
up
RU
Fransada hakimiyyət savaşı başladı...

Fransada hakimiyyət savaşı başladı...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada 2027-ci ildə növbəti prezident seçkilərinin keçirilməsinə hələ xeyli vaxt qalsa da, ölkənin siyasi çevrələrində, əslində, hakimiyyət savaşının başladığı açıq-aydın hiss olunur. Siyasi elitanın olimpinə yüksəlmək istəyən qüvvələr həm iqtidar komandasında, həm də müxalifət düşərgəsində yer alırlar.

İndiki iqtidarın iddialı üzvləri müxtəlif təşəbbüslər irəli sürməklə komanda daxilində fərqlənib önə çıxmaq və cəmiyyətin rəğbətini qazanmaq niyyətindədirlər. Paralel şəkildə, müxalifətin  fəallığını artırdığı müşahidə olunur. Ayrı-ayrı siyasi partiyaların nümayəndələri anlayırlar ki, Yelisey Sarayına gedən yolda mübarizə sərt olacaq. Buna görə də indidən qüvvələrini səfərbər etməyə, tərəfdarlarının sayını artırmağa çalışırlar. Siyasi qüvvələrin seçkiyə koalisiya formasında getmək ehtimalı da müzakirə olunan variantlar sırasındadır.

Erkən seçki hazırlıqlarının “qırmızı xətti”

Fransada erkən başlayan hakimiyyət mübarizəsinin “qırmızı xətti”ni isə  müxtəlif düşərgələrin məhz Makronsuz eraya hazırlaşmaları təşkil edir. Makronun növbəti seçkilərdə iştirak etməyəcəyi bəllidir - buna onun hüquqi əsası yoxdur.

Əlbəttə, Makronsuz dönəmdə də indiki siyasi kursu davam etdirmək mümkün olardı. Ancaq indi bu variant yalnız nəzəri ehtimal kimi görünür. İzlənilən proseslər onu deməyə əsas verir ki, Fransada 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərindən sonra  yeni siyasi dönəmin başlayacağı qaçılmaz olacaq. Analitik dairələrin mütəxəssisləri müşahidələrə və reytinq sorğularının nəticələrinə əsaslanmaqla bildirirlər ki, 2027-ci il seçkilərinin nəticələrinə görə ölkədə yalnız Makron iqtidarı yeni komanda ilə əvəzlənməyəcək, paralel şəkildə  Yelisey Sarayının siyasi kursu dəyişəcək.

Belə proqnozlar Makronun iki prezidentliyi dönəmində həyata keçirdiyi siyasət əsasında formalaşıb. Etiraf olunur ki, Yelisey Sarayının indiki komanda ilə apardığı siyasət uğursuzdur. Ölkə bəhs olunan dövrdə  iqtisadi çətinliklərlə üzləşib, dərin hökumət böhranı yaşanıb. Ölkə iqtisadiyyatının xarici təsirlərə həssaslığı pik həddə çatıb. Bu, Yaxın Şərq münaqişəsi fonunda daha aydın görünür. Fransa hökuməti 2026-cı ildə büdcə kəsirinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması məqsədilə təxminən 6 milyard avro məbləğində xərcləri dondurmaq niyyətindədir. Yeli KİV-in məlumatına görə bu barədə ölkənin Baş naziri Sebastyan Lekornunun aprelin 21-də kabinet üzvlərinə göndərdiyi məktubda qeyd olunub. Onun qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişənin nəticələri dövlət maliyyəsinə əhəmiyyətli təzyiq göstərib. Planlaşdırılır ki, təxminən 4 milyard avro ixtisarlar mərkəzi hökumətin xərclərinə, daha 2 milyard avro isə sosial təminat sisteminə aid olacaq.

Beləliklə, iqtisadi imkanların azalması sosial siyasətə ciddi təsir göstərir. Xüsusilə də aztəminatlı təbəqənin, pensiyaçıların, aqrar sahədə çalışanların problemləri artıb.

Eyni zamanda, Fransa Makron iqtidarı dönəmində xarici siyasətdə davamlı şəkildə uğursuzluqlara düçar olub. Makronun ölkə daxilində reytinqinin hədsiz dərəcədə aşağı düşdüyü aparılan müxtəlif rəy sorğularında dəfələrlə təsdiqlənib. Ona həmçinin xarici dairələrdə də adekvat münasibət bəslənilmir. Əksinə, Makron bir sıra hallarda lağ obyektinə çevrilməsi ilə bütövlükdə Fransanın nüfuzuna xələl gətirir. Bir vaxtlar Fransa Avropa İttifaqının lokomativi sayılırdı. Son on ildə isə bu mövqe tədricən itirilib. Makronun siyasəti həmçinin müstəmləkə ölkələrində də iflasa uğramaqdadır. Son illərdə həmin ölkələrdə “Rədd ol. Fransa!” şüarları tez-tez səslənir. Artıq Yelisey Sarayı bir sıra ərazilərdə təsir imkanlarını itirib.

İki seçki, iki siyasi iflas

Yelisey Sarayının indiki kursundan imtina həmçinin Makron iqtidarının siyasi iflası ilə şərtlənir.  Bu iflas xüsusilə Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən son seçkilərdə özünün pik həddinə çatdı. Necə deyərlər, iqtidar komandası iki seçkidə iki siyasi iflasın acısını yaşamaq məcburiyyətində qaldı. Xatırladaq ki, Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldi. Həmin seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qazandı. Makronun mərkəzçi adlandırılan koalisiyası isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli oldu.

Makronun komandası dalbadal iki məğlubiyyətdən sonra üçüncü seçki cəhdinə - Milli Assambleyaya seçkilərin ikinci turuna saxtakarlığa, siyasi oyunbazlığa qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayından gələn siyasi sifariş əsasında sağçıların ikinci turda mütləq qələbəsini əngəlləmək məqsədilə planlar quruldu - solçuların üstünlük təşkil etdikləri dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təşkil etdikləri dairələrdə isə solçular namizədliklərini geri götürdülər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçki oyunu prezident koalisiyasına müəyyən üstünlüklər yaratmaqla mərkəzçi düşərgədən birinci turla müqayisədə daha çox namizədin qalib gəlməsinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyini təmin etmədi. Mərkəzçilər ikinci turun nəticələrinə görə Mari Le Penin partiyasını üstələsələr də, yalnız ikinci yerlə kifayətlənməli oldular.

Makron iqtidarının son illərdə ardıcıl olaraq hökumət böhranı ilə üzləşməsinin ən əsas səbəblərindən biri də məhz seçkilərdəki iflasla bağlıdır. Parlamentdə mütləq çoxluğunun təmin edilməməsi hakimiyyət üçün xüsusilə də vacib qərarların qəbul olunmasında ciddi çətinliklər yaradır. Buna görə də Makron bir sıra hallarda qərarları kjonstitusiyanın tələblərini pozmaqla verir ki, bu da cəmiyyətdə hüququn, demokratiyanın pozulması kimi qəbul edilir və hakimiyyətə qarşı narazılıqları artırır.

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri