Fransada məşhur prodüser və həyat yoldaşı qəzada öldülər
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Fransalı kinoprodüser Nikolas Altmayer və onun həyat yoldaşı, "Dior Couture" brendinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Matilda Favyer Fransanın qərbində baş verən yol-nəqliyyat hadisəsində həlak olublar.
Bu barədə "Le Figaro" qəzeti cütlüyün yaxınlarına istinadən məlumat yayıb.
Məlumata görə, De-Sevr departamentində Altmayer və Favyerin olduğu minik avtomobili yük maşını ilə toqquşub. Hər iki şəxs hadisə yerindəcə keçinib.
Fransanın "Mandarin" prodüser şirkətinin rəhbəri olan Altmayer "Gənc və gözəl" (Jeune & jolie, 2013), "Evdə" (Dans la maison, 2012), "Şokolad" (Chocolat, 2015) kimi tanınmış filmlərin, eləcə də bir sıra teleserialların ərsəyə gəlməsində iştirak edib.
Favyer isə 10 ildən çox müddətdə "Dior Couture" brendində rəhbər vəzifədə çalışıb. O, əvvəllər "Prada" şirkətində və "Glamour" jurnalında da fəaliyyət göstərib. /Oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















