Fransada müxalifət lideri ölkəsinin Aİdən çıxmasını tələb edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fransa Avropa İttifaqından çıxmalıdır".
"Report" xəbər verir ki, bunu ölkənin "Vətənpərvərlər Partiyası"nın lideri Florian Filippo Parisdə keçirdiyi mitinqdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatının və Parisin xilası üçün Fransa Avropa İttifaqından çıxmalıdır.
Siyasətçinin fikrincə, ölkə prezidenti Emmanuel Makronun istefası bu məqsədə yaxınlaşmağa kömək edər:
"Bu, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin getməsinə səbəb olmaqla yanaşı, bizi yoxsulluğa və müharibəyə sürükləyən Avropa İttifaqının bütün çürük sisteminin dağılmasını daha da yaxınlaşdıracaq".
Qeyd edək ki, dekabrın 6-da Ursula fon der Lyayen Aİ ilə Cənubi Amerikanın ümumi bazarı "Mercosur" arasında Fransa tərəfindən rədd edilən saziş üzrə danışıqların başa çatdığını elan edib.
Ukrayna məhsullarının Aİ zonasına nəzarətsiz idxalından zərər çəkən fransız fermerlər "Mercosur" ilə razılaşmanın onların maraqlarına yeni zərbə olacağından narahatdırlar. Xatırladaq ki, F.Filippo daha əvvəl E.Makronun istefasını tələb edib.
Baxış sayı:128
Bu xəbər 07 Dekabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















