Icma.az
close
up
RU
Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 3 iyun, AZƏRTAC

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyən Mandon ölkənin döyüş aviasiyasının hazırkı vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək, bu sahədə uzun illər ərzində kifayət qədər iş görülmədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Senatın xarici əlaqələr və müdafiə komissiyasında çıxış edən general Mandon Fransa hərbi aviasiyasının inkişaf perspektivlərinə toxunub. Komissiyada “Hərbi Proqramlaşdırma” Qanununun yenilənməsi layihəsi müzakirə olunarkən o, döyüş aviasiyasının modernləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

“Nazirlik, nəhayət, bu məsələyə ciddi yanaşmağa başlayıb. Bu zaman nüvə çəkindirmə qabiliyyətinin vacibliyi, 2035-ci il üçün müəyyən edilmiş əsas hədəflər və xüsusi tipli raketlər üçün nəzərdə tutulan yeni döyüş təyyarəsinin hazırlanması nəzərə alınıb”, – deyə general bildirib.

Onun sözlərinə görə, əsas suallardan biri Fransanın müdafiəsinə 2031-ci və ya 2032-ci illərdə yüksək standartlara malik döyüş təyyarələrinin təqdim edilməsinin gələcəkdə texnoloji geriləmə riskini yaradıb-yaratmayacağıdır.

General Mandon “Rafale” qırıcılarının yeni nəsilləri arasındakı fərqlərə də diqqət çəkib. “F4 və F5 “Rafale” təyyarələridir. Lakin rəqəmsal məlumatların idarəolunması, əlaqələndirmə imkanları və pilotsuz uçuş aparatları ilə birgə fəaliyyət qabiliyyəti baxımından onlar bir-birindən ciddi şəkildə fərqlənir”, – deyə Baş Qərargah rəisi vurğulayıb.

O diqqətə çatdırıb ki, prioritet “Rafale F5” proqramına verilib. Bu model suveren məlumat ötürmə sistemləri vasitəsilə pilotsuz aparatlarla əlaqə qura biləcək və tamamilə yeni nəsil raketlərlə təchiz olunacaq.

Bununla belə, general Mandon Fransa döyüş aviasiyasının ümumi ölçüsü və imkanları ilə bağlı problemin hələ də qalmaqda olduğunu qeyd edib. “Aviasiyamızın formatı ilə bağlı hesab edirəm ki, lazımi səviyyədə deyilik”, – deyə o bildirib.

Bu çatışmazlığın aradan qaldırılması üçün Baş Qərargah rəisi pilotsuz uçuş aparatlarının daha geniş tətbiqinin vacibliyini vurğulayıb.

General Mandonun fikrincə, Hərbi Hava və Kosmik Qüvvələr qısa müddətdə xüsusi pilotsuz aparat eskadrilyası yarada bilər. “Pilotsuz sistemlərin imkanlarına çox inanıram. Əgər 3 min kilometr uçuş məsafəsinə malik 200-400 kiloqram partlayıcı daşıya bilən dronları kütləvi şəkildə istehsal etsək, Hərbi Hava və Kosmik Qüvvələr bombardman funksiyası baxımından son dərəcə güclü imkan əldə edər. Şübhəsiz ki, çoxlu sayda aparat itiriləcək, lakin onların bir hissəsi hədəfə çatacaq. Mən məhz bunu müdafiə edirəm”, – deyə general diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri