Fransanın ən böyük gəmisi yandı
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Hərbi Dəniz Qüvvələrinin flaqmanı və ölkənin yeganə nüvə təyyarədaşıyan gəmisi olan "Şarl de Qoll"da (Charles de Gaulle) gözlənilməz yanğın hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, "Le Figaro" nəşrinin yaydığı məlumata görə, insident gəminin Tulon hərbi dəniz bazasının limanında növbəti planlı texniki xidmət və profilaktik bərpa işləri keçdiyi vaxt qeydə alınıb.
Gəminin daxili hissəsində başlayan alovun qarşısını almaq üçün dərhal fövqəladə xidmətlər və yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub. Yanğının nüvə reaktorlarının yerləşdiyi bölməyə və ya digər kritik sistemlərə zərər vurub-vurmadığı, eləcə də xəsarət alanların olub-olmaması ilə bağlı hərbi idarə tərəfindən araşdırmalara başlanılıb. Ekspertlər bu hadisənin Fransanın dəniz müdafiə qabiliyyətinə və gəminin növbəti döyüş tapşırıqlarına təsirini qiymətləndirirlər. Dominos pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Oktyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















